Əlilliyə səbəb olan bir çox xəstəlik pulsuz müalicə ediləcək - Agentlik

Əlilliyə səbəb olan bir çox xəstəlik pulsuz müalicə ediləcək - Agentlik“Hazırda icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin sayı 2550-dir. Mütəmadi şəkildə xidmətlər zərfinə yeni tibbi xidmətlərin əlavə edilməsi üzərində iş gedir və hər il ciddi dəyişikliklər nəzərdə tutulur”.

“Report” xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib.

Agentlik rəsmisi bildirib ki, bu il üçün müvafiq qurumlara təqdim edilən xidmətlər zərfində mövcud olan tibbi xidmətlərin sayının artırılması planlaşdırılır: “Belə ki, zərfə 300-dən çox yeni tibbi xidmətlərin əlavə edilməsi gözlənilir. Yeni tibbi xidmətlərin əlavəsinə ehtiyac vətəndaşların müraciətləri əsasında formalaşır. Statistik analizlər əsasında xidmətlər zərfinə əlavə və ya çıxarılma müəyyənləşir”.

V.Qurbanov qeyd edib ki, xidmətlər zərfinə əlavə ediləcək yeni tibbi xidmətlərin siyahısına yüksək ölüm riski yaradan və əlilliyə səbəb ola biləcək bir çox xəstəliklər daxildir: “Hansı ki bundan əvvəl xidmətlər zərfində həmin xəstəliklər yer almamışdı”.

Xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri ilə buradan tanış olmaq mümkündür.

Əlilliyə səbəb olan bir çox xəstəlik pulsuz müalicə ediləcək - Agentlik

  • 9-06-2021, 11:17
  • 275


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Doğum evlərində süni qida bazarına yox deyək!
  2. Tarixlə döyüşənlər – İqbal Ağazadə yazır
  3. Göyçayda polis dələduzu himayə edir-İDDİA+ VİDEO
  4. SABİQ NAZİRƏ HÖKM OXUNDU
  5. Faiq Hüseynbəylinin şəhidə yazdığı kitabı çap olunub
  6. TƏLƏBƏ KREDİTİ KİMLƏRƏ VERİLƏCƏK? - Tələbələr krediti hansı formada ödəyəcək?
  7. ŞUŞA BƏYANNAMƏSİNİN MOSKVA ƏKS-SƏDASI... - Və Zaxarovanın şərh vermək haqqı
  8. Beynəlxalq federasiyanın prezidenti vəzifəsinə azərbaycanlı seçildi
  9. Təmiz Binəqədidə natəmiz görüntülər - VİDEO
  10. Ağalar Vəliyev nədən bu qədər MATAH OLUB Kİ... - “Kristal Abşeron” istədiyi fırıldağı çevirir...
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI