İcra başçısı hektarlarla torqaq sahəsini ələ keçirib

İcra başçısı hektarlarla torqaq sahəsini ələ keçiribSamux İcra Hakimiyyətinin başçısı Alı Qocayevin sakinlərin torpağını qohumlarının adına sənədləşdirdiyi iddia olunur

Son vaxtlar ölkəmizdə korrupsiyaya qarşı aparılan mübarizə tədbirləri nəticəsində bəzi icra başçılarını və digər vəzifəli şəxslərin həbs olunması hər bir vətəndaşımıza aydındır. Buna baxmayaraq, yenə də bəzi məmurlar öz çirkin əməllərini davam etdirirlər.

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin də qanunsuz əməllərə yol verdiyi haqda redaksiyamıza məlumat daxil olub. İddia olunur ki, icra başçısı rayonun Sərkar kəndində 7 hektar torpaq sahəsini yerli sakinin əlindən alaraq, yaxın qohumlarının adına rəsmiləşdirib.

Əldə etdiyimiz məlumatlara görə, Alı Qocayevin rayonun digər kəndlərində də ailə üzvlərinin və yaxın qohumlarının adına hektarlarla torpaq sahəsi var. O cümlədən, Kür yolunun üstündəki, daha dəqiq desək, çaya gedilən yolun kənarındakı “parnik”lərin də icra başçısına məxsus olması barədə informasiyalar mövcuddur.

Bundan əlavə, Samux rayonunun Ziyadlı kəndinin ərazisində 3 hektar torpaq sahəsində A.Qocayevin böyük fermasının olduğu da bildirilir. Bu məlumat Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən də təsdiq olunub. Belə ki, rayonun Ziyadlı kəndində olan ferma Alı Qocayevin ailə üzvünün adına rəsmiləşdirilib.

Ötən həftənin sonlarında Samux rayon sakini Nəzakət adlı xanımın fermasının yanması barədə məlumatımız var. Bu yanğın hadisəsinin detalları hazırda bölgə müxbirimiz tərəfindən araşdırılır. Çünki, ilkin məlumatlara görə, bu ərəfədə Nəzakət xanımın qardaşı müəmmalı səbəbdən Samux rayon Məhkəməsinin qərarı ilə 9 sutka müddətinə həbs edilib. Bu, ona görə müəmmalıdır ki, barəsində heç bir şikayət olmadığı halda bu şəxs həbs olunub.

Nəzakət xanım mətbuata verdiyi müsahibəsində İcra Hakimiyyətinin əməkdaşlarını və rəhbərini ittiham edir. Belə qərara gəlmək olar ki, Alı Qocayevlə onun arasında ziddiyyətlər yaranıb. Hətta bu haqda Samux rayonunda müəyyən söz-söhbət də dolaşır. Biz bütün bunlarla bağlı ətraflı məlumat verməyə çalışacağıq.

Xatırladaq ki, Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev Milli Məclisin sabiq sədri Oqtay Əsədovun qudasıdır.

Azər ALLAHVERDİYEV

Bölgə müxbiri

Redaksiydan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

İcra başçısı hektarlarla torqaq sahəsini ələ keçirib

  • 9-06-2021, 15:14
  • 265


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Doğum evlərində süni qida bazarına yox deyək!
  2. Tarixlə döyüşənlər – İqbal Ağazadə yazır
  3. Göyçayda polis dələduzu himayə edir-İDDİA+ VİDEO
  4. SABİQ NAZİRƏ HÖKM OXUNDU
  5. Faiq Hüseynbəylinin şəhidə yazdığı kitabı çap olunub
  6. TƏLƏBƏ KREDİTİ KİMLƏRƏ VERİLƏCƏK? - Tələbələr krediti hansı formada ödəyəcək?
  7. ŞUŞA BƏYANNAMƏSİNİN MOSKVA ƏKS-SƏDASI... - Və Zaxarovanın şərh vermək haqqı
  8. Beynəlxalq federasiyanın prezidenti vəzifəsinə azərbaycanlı seçildi
  9. Təmiz Binəqədidə natəmiz görüntülər - VİDEO
  10. Ağalar Vəliyev nədən bu qədər MATAH OLUB Kİ... - “Kristal Abşeron” istədiyi fırıldağı çevirir...
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI