Türkiyə və Rusiya Ağdamdakı birgə monitorinq mərkəzinin fəaliyyətini müzakirə edib

Türkiyə və Rusiya Ağdamdakı birgə monitorinq mərkəzinin fəaliyyətini müzakirə edibİyunun 8-də Rusiya ilə Türkiyə xarici işlər naziri müavinləri arasında Moskva şəhərində məsləhətləşmələr aparılıb.

“Report” xəbər verir ki, Rusiya XİN-dən verilən məlumata görə, Suriya, Qarabağ, Yaxın Şərq kimi münaqişələrin həllilə bağlı siyasi məsələlər müzakirə olunub. Münaqişə bölgələrində gərginlik mənbələrini aradan qaldırmaq, davamlı atəşkəsə nail olmaq, əlaqəli şəkildə humanitar yardımları artıraraq qaçqınları geri qaytarmaq istiqamətində əlavə tədbirlərə dair fikir mübadiləsi aparılıb.

Görüş zamanı həmçinin Qarabağda bütün hərbi əməliyyatların dayandırılmasına nəzarət edən birgə mərkəzin fəaliyyəti yüksək qiymətləndirilməklə Cənubi Qafqazda iqtisadi əlaqələrin, nəqliyyat yollarının açılması üçün işlərin davam etdirilməsi qərarlaşdırılıb.

Türkiyə və Rusiya Ağdamdakı birgə monitorinq mərkəzinin fəaliyyətini müzakirə edib

  • 9-06-2021, 20:18
  • 250


Oxşar mövzular
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI