Paşinyançılar və polis Dərələyəzdə Köçəryan tərəfdarını bu günə saldı...-FOTO

Paşinyançılar və polis Dərələyəzdə Köçəryan tərəfdarını bu günə saldı...-FOTOQəsbkar Ermənistanın faktiki baş naziri Nikol Paşinyanın Yexeqnadzor( tarixi Azərbaycanın Dərələyəz mahalı ərazisi) şəhərindəki görüşündən az əvvəl “Hayastan” blokunun tərəfdarlarından biri polis və mülki şəxslər tərəfindən qəddarcasına döyülüb.

Moderator.az xəbər verir ki, “ArmenianReport” un yaydığı məlumata görə, Şaen Vardanyan Paşinyanın mitinq keçirəcəyindən xəbər tutan digər Köçəryan tərəfdarları kimi görüşə nə qədər adam yığıldığını öyrənmək marağı ilə ofisləri yerləşən mehmanxananın qarşısına çıxıb.

Bir neçə dəqiqədən sonra polislər oraya toplaşan müxalifətçiləri iki bir-üç bir tutmağa başlayıb. Ş. Vardanyan baş verənləri telefona çəkmək istəyəndə onu da yaxalayıb və polis bölməsinə aparıblar. Yolda və böllmədə onu guya Paşinyana söyüş söyməsi, onu “türk” adlandırması böhtanıyla həm mülki formadakılar, həm də polislər döyməyə başlayıb. Vardanyan 3-cü qrup əlil olduğunu, başından zədə aldığını söyləsə də, onu məhz başından, eləcə də sinəsindən vurmaqda davam ediblər. Onun qollarını qandallayaraq tibbi müayinədən keçməsinə də icazə verməyiblər. Köçəryan tərəfdarı yalnız ertəsi gün buraxıldıqdan sonra tibbi müayinədən keçə bilib.

Sultan Laçın

Paşinyançılar və polis Dərələyəzdə Köçəryan tərəfdarını bu günə saldı...-FOTO

  • 17-06-2021, 22:10
  • 235


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. BDU-da baş verən qanlı insidentlə bağlı SENSASİON TƏFƏRRÜATLAR
  2. Elmar Vəliyevin oğlu başqasının torpağını zəbt edib: - Özünə idman meydançası tikib
  3. Gəncədə küçələri su basdı, elektrik kəsildi - VİDEO
  4. Tovuzun icra başçısı HƏDDİNİ AŞIR... - İTTİHAM
  5. Bərdədə ər arvadını əlləri ilə boğub öldürüb
  6. SƏTTAR MÖHBALIYEV SİZ KİMSİNİZ?..
  7. Mətanət Əsədovanın həbs xəbəri yayıldı: “Qadınları evində iş adamlarına…”
  8. Prokuror DTX-ın saxladığı sabiq nazir müavininə 10 il həbs cəzası istəyib
  9. Qobustanda toylarda yoxlamalar aparıldı: Sahibkar külli miqdarda cərimələndi
  10. "Ağrımırdım, yalandan MƏNƏ ƏMƏLİYYAT DEDİLƏR, həyatım alt-üst olub" - "EGE HOSPİTAL" dan şikayət
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI