15 İyun - Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür

15 İyun - Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür
Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan günlər vardır ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 iyun Milli Qurtuluş günüdür. Bu sadəcə Azərbaycan xalqı üçün bir təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu, xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi isə bizə yaşadan Azərbaycan dövlətinin dünya siyasi arenasında tanınması üçün daim xalqına arxa olan və ona arxalanan bir insan - Heydər Əliyev idi. O, vətəndaş, lider, böyük şəxsiyyət kimi bu yolda canından da keçməyə hazır idi.
“Biz azadıq, biz müstəqilik, biz öz taleyimizin sahibiyik. Ulu babalarımızın uzun illər əldə etmək istədikləri müstəqilliyi biz qazandıq. Mənim üçün Azərbaycanın müstəqilliyini qorumaq, onu əbədi etmək öz canımdan, həyatımdan da artıqdır“ - deyən ulu öndər Heydər Əliyev bizə müstəqil, azad, dövlətlər arasında öz sözünü deyən Azərbaycanımızı miras qoyub getdi.
Hər il 15 iyun tarixini Milli Qurtuluş günü kimi qürur və fəxarət hissi ilə qeyd edirik. Amma 2021-ci ilin 15 iyun Milli Qurutuluş günü Türkiyə və Azərbaycan dövlətləri arasında Qarabağın ürəyi Şuşamızda imzalanan Şuşa bəyənnaməsi ilə tarixə düşdü. Bu bəyənnamə 44 günlük II Qarabağ müharibəsindən sonra Azərbaycan xalqına dövlətimiz tərəfindən verilən ikinci ən böyük töhfə oldu. Bu, Azərbaycan və Türkiyə birliyinin əsrlər boyu daha da güclənməsi yolunda atılan ən böyük addımlardan sayıla bilər.
Bu gün ulu öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu uğurla davam etdirilir. Bu sahədə qazanılmış uğurlar qürur doğurur. Yeni əsrin yeni lideri Azərbaycanı dünyada sözü keçən bir dövlətə çevirmişdir. Elə bu siyasi bacarıq 30 illik acı bir tarixi 44 gündə həll etməyə imkan verdi. Çoxəsrlik tariximizdə bundan şərəfli və qürurverici bir tarix yaşamamışıq. Bizi qalib xalqa çevirən, Qarabağımızı bizə qaytaran cənab Ali Baş Komandan İlham Əliyev Qarabağın qurtuluşunu reallaşdıran böyük hərbi sərkərdə kimi tariximizə yazıldı. İlham Əliyev Azərbaycanın zəfər və qəhrəmanlıq simvoluna çevrildi.

Aygün Abdullayeva
Salyan şəhər 2 saylı tam orta məktəbin müəllimi

15 İyun - Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür

  • 16-06-2021, 14:00
  • 225


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. BDU-da baş verən qanlı insidentlə bağlı SENSASİON TƏFƏRRÜATLAR
  2. Elmar Vəliyevin oğlu başqasının torpağını zəbt edib: - Özünə idman meydançası tikib
  3. Gəncədə küçələri su basdı, elektrik kəsildi - VİDEO
  4. Tovuzun icra başçısı HƏDDİNİ AŞIR... - İTTİHAM
  5. Bərdədə ər arvadını əlləri ilə boğub öldürüb
  6. SƏTTAR MÖHBALIYEV SİZ KİMSİNİZ?..
  7. Mətanət Əsədovanın həbs xəbəri yayıldı: “Qadınları evində iş adamlarına…”
  8. Prokuror DTX-ın saxladığı sabiq nazir müavininə 10 il həbs cəzası istəyib
  9. Qobustanda toylarda yoxlamalar aparıldı: Sahibkar külli miqdarda cərimələndi
  10. "Ağrımırdım, yalandan MƏNƏ ƏMƏLİYYAT DEDİLƏR, həyatım alt-üst olub" - "EGE HOSPİTAL" dan şikayət
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI