Xalq Heydər Əliyevi öz milli xilaskarı və öndəri seçdi

Xalq Heydər Əliyevi öz milli xilaskarı və öndəri seçdi
Dövrümüzün ictimai – siyasi reallıqları, geopolitik məkanda baş verən dəyişikliklər bütün bu təlatümlərin fövqündə dayanan müasir milli dövlətçiliyimizin mükəmməl məntiqindən – Heydər Əliyev zəkasından yoğrulduğunu bir daha sübut edir. Ötən hər il Heydər Əliyev dühasının böyükluyünü, möhtəşəmliyini bir daha təstiqləyir. Zaman Heydər Əliyevin siyasi baxışlarına daha dərin məna qazandırır. Onun Vətənimizin indisinə və gələcəyinə çox möhkəm tellərlə bağlı olduğunu aydın göstərir.
Dünya tarixinin ən həyəcanlı epizodlarını gözönünə gətirərək Heydər Əliyevin hakimiyyətə qayıdışını təbii və qanunauyğun hal kimi dəyərləndirmək olar.
1990- cı illərin əvvəllərində Azərbaycanda yaranmış hərbi-siyası vəziyyət daha gərgin və daha təhlükəli idi. Zaman da dəyişmişdi. Mürəkkəb siyasi texnologiyaların təşəkkül tapdığı, ifrat dərəcədə differensiallaşmış çoxqütüblü qlobal siyasi məkanda hadisələrin axarını istənilən səmtə yönəltmək artıq o qədər də asan deyildi. Belə bir mürəkkəb vəziyyətdə ölkəmizdə xalqın azadlığını və dövlətin müstəqilliyini qoruyub saxlamaq missiyası Həydər Əliyevə nəsib oldu. Bu dövrün mürəkkəbliyi ondan ibarət idi ki, dünyanın təşkil olunduğu ikiqütblü qlobal siyasi sistem özü dağılmışdı. Bu dağıntılar içərisində xalqın öz azadlığına qovuşmaq və öz dövlət müstəqilliyini əldə etmək arzuları ilə o zamanadək dünya siyasətində aparıcı rol oynayan güc sahiblərinin məqsədləri bir- birinə tərs mütənasib idi.
Azərbaycanda cərəyan edən dərin hərbi-siyasi böhran daha mürəkkəb, daha çoxgedişli və müstəqilliyimizi önləmək baxımından daha təhlükəli idi. Dağlıq Qarabağ ərazisinin tamamilə itirilməsi, ətraf rayonların mühasirə şəraitində hər cür kömək göstərilməkdən məhrum olduğu bir şəraitdə, xarici qüvvələr tərəfindən ölkənin müxtəlif hissələrində separatçılıq fəaliyyətinin qızışdırılması və dəstəklənməsi, qeyri-müəyyənlik məngənəsində imperiya casuslarının ölkəni vətəndaş müharibəsinə sürükləməsi Azərbaycan dövlətçiliyinin mövcudluğunu ciddi sual altına qoymuşdu.
Məhz belə bir təhlükə qarşısında bütün xalq və eləcə də bir- birinə kəskin müxalifətdə dayanan siyasi qüvvələr nəzərlərini xalqın yetişdirdiyi ən müdrik şəxsiyyətə - Heydər Əliyevə yönəltdilər. Xaosun miqyasından dəhşətə gələn və xalqın yekdil tələbi qarşısında başqa çıxış yolu qalmayan ozamankı hakimiyyət israrla Heydər Əliyevi hakimiyyətə dəvət edərək daşıya bilmədikləri yükün məsuliyyətindən yaxalarını qurtarmaq üçün hakimiyyəti buraxıb qaçdılar.
Beləliklə, möhtəşəm Qayıdış baş verdi. Əslində, 1993–cü ildən Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsi bir qədər gecikmiş qayıdış oldu. İdeal vəziyyət o ola bilərdi ki, Heydər Əliyev sovet hökumətində tutduğu yüksək vəzifədən istefa verdiyi an Azərbaycan hakimiyyəti tərəfindən milli siyasətə - müstəqil Azərbaycan dövlətinin quruculuq proseslərinə cəlb olunaydı. Təəssüf ki, ozamankı Azərbaycan hakimiyyəti həmin dövrdə dünya siyasətinin nəhəng simalarından biri hesab olunan, xalqımızın qəlbində millət atası kimi yaşayan Heydər Əliyevin hadisələrə lap başlanğıcında ikən müdaxilə etməsinə şərait yaratmadılar. Əksinə, siyasət nəhəngi Heydər Əliyevin Azərbaycanda aktiv siyasətə qayıtmasına əngəllər törətmək fikrinə düşdülər.
Lakin hadislərin sonrakı gedişi onu göstərdi ki, belə bir mürəkkəb hərbi-siyasi şəraitdə hadisləri idarə etmək və ən başlıcası, Azərbaycanın yenicə bərpa olunmuş müstəqilliyini qoruyub saxlamaq xalqı birləşdirəcək yeganə şəxsiyyət Heydər Əliyevsiz mümkün olmayacaq. Məhz bunun dərk olunduğu bir zamanda ölkənin müxtəlif hissələrə parçalanaraq öz dövlətçiliyini itirmək təhlükəsi qarşısında qaldıqda Azərbaycan xalqı yekdil şəkildə Heydər Əliyev şəxsiyyəti ətrafında birləşdi. Ozamankı hakimiyyətin Heydər Əliyevi Bakıya dəvət edərək siyasi hakimiyyəti ona təhvil verməkdən başqa yolu qalmadı.
Heydər Əliyev Azərbaycan xalqının rifahının, milli dövlətçiliyimizin daha da güclənməsini hər şeydən üstün tutan vətənpərvər lider idi. Xüsusilə, ömrünün son on ilində ulu öndərin fəaliyyəti hətta bir insan ömrünə sığmayacaq qədər zəngin oldu. Xarici ölkələrə etdiyi davamlı səfərlərlə, daxili və xarici siyasətimizin dayaqlarını yaratmaqla, ümumən, bütün ölkənin yenidən qurulmasına rəhbərlik etməklə, Heydər Əliyev Yeni Azərbaycanın əsasını qoydu, uzaqgörən siyasi gedişləri ilə bugünkü sürətli inkişafımızın kökündə dayanan sabitliyi qısa zaman kəsiyində bərqərar etməyə nail oldu.
Qüdrətli Heydər Əliyevin adı qələbə simvoludur. O, özünün bütün yaş dövrlərində zəkası və əməksevərliyi ilə içərisində olduğu cəmiyyətin ön sıralarında addımlayan, həmin cəmiyyətin qayğı və ehtiyaclarına həssaslıqla yanaşıb, cəmiyyət qarşısına çıxan problemlərin həllini öz üzərinə götürən fədakar bir Lider idi. Məhz onun sayəsində bu gün dövlətimizin müstəqilliyi dönməz və sarsılmazdır. Ümummilli lider Heydər Əliyevin parlaq obrazı isə Azərbaycanın əbədi Qələbə simvoludur.

Rəfiqə Ağabəyli,
Salyan Tarix Diyarşünaslıq Muzeyinin direktoru

Xalq Heydər Əliyevi öz milli xilaskarı və öndəri seçdi

  • 17-06-2021, 15:00
  • 247


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. BDU-da baş verən qanlı insidentlə bağlı SENSASİON TƏFƏRRÜATLAR
  2. Elmar Vəliyevin oğlu başqasının torpağını zəbt edib: - Özünə idman meydançası tikib
  3. Gəncədə küçələri su basdı, elektrik kəsildi - VİDEO
  4. Tovuzun icra başçısı HƏDDİNİ AŞIR... - İTTİHAM
  5. Bərdədə ər arvadını əlləri ilə boğub öldürüb
  6. SƏTTAR MÖHBALIYEV SİZ KİMSİNİZ?..
  7. Mətanət Əsədovanın həbs xəbəri yayıldı: “Qadınları evində iş adamlarına…”
  8. Prokuror DTX-ın saxladığı sabiq nazir müavininə 10 il həbs cəzası istəyib
  9. Qobustanda toylarda yoxlamalar aparıldı: Sahibkar külli miqdarda cərimələndi
  10. "Ağrımırdım, yalandan MƏNƏ ƏMƏLİYYAT DEDİLƏR, həyatım alt-üst olub" - "EGE HOSPİTAL" dan şikayət
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI