Beynəlxalq federasiyanın prezidenti vəzifəsinə azərbaycanlı seçildi

Beynəlxalq federasiyanın prezidenti vəzifəsinə azərbaycanlı seçildiAzərbaycan Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənov Beynəlxalq Universal Döyüş Federasiyasının prezidenti seçilib.

Xeberdar.net-in "Report"-a istinadən məlumatına görə, Litvanın paytaxtı Vilnüs şəhərində yerləşən qərargahında keçirilən seçkidə A.Həsənov bu postda təşkilatın sabiq rəhbəri, iki ay öncə vəfat etmiş Sergey Novikovu əvəzləyib.

O, yeni vəzifəsi ilə bağlı Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətinə açıqlamasında tarixi uğurun məhz Azərbaycan xalqı üçün əlamətdar tarixlərə - Milli Qurtuluş Gününə və eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qədim Şuşada türk müttəfiqliyini rəsmiləşdirdikləri günə
təsadüf etməsindən qürur duyduğunu bildirib.

Qeyd edib ki, Azər Həsənov Beynəlxalq Universal Döyüş Federasiyasının prezidenti vəzifəsinə 5 il müdddətinə seçilib. Beynəlxalq federasiyanın digər rəhbər orqanlarına seçkilər gələn ay keçiriləcək.

Beynəlxalq federasiyanın prezidenti vəzifəsinə azərbaycanlı seçildi

  • 18-06-2021, 14:07
  • 387


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. BDU-da baş verən qanlı insidentlə bağlı SENSASİON TƏFƏRRÜATLAR
  2. Elmar Vəliyevin oğlu başqasının torpağını zəbt edib: - Özünə idman meydançası tikib
  3. Gəncədə küçələri su basdı, elektrik kəsildi - VİDEO
  4. Tovuzun icra başçısı HƏDDİNİ AŞIR... - İTTİHAM
  5. Bərdədə ər arvadını əlləri ilə boğub öldürüb
  6. SƏTTAR MÖHBALIYEV SİZ KİMSİNİZ?..
  7. Mətanət Əsədovanın həbs xəbəri yayıldı: “Qadınları evində iş adamlarına…”
  8. Prokuror DTX-ın saxladığı sabiq nazir müavininə 10 il həbs cəzası istəyib
  9. Qobustanda toylarda yoxlamalar aparıldı: Sahibkar külli miqdarda cərimələndi
  10. "Ağrımırdım, yalandan MƏNƏ ƏMƏLİYYAT DEDİLƏR, həyatım alt-üst olub" - "EGE HOSPİTAL" dan şikayət
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI