Təmiz Binəqədidə natəmiz görüntülər - VİDEO

742 18-06-2021, 16:08 cemiyyet

Təmiz Binəqədidə natəmiz görüntülər - VİDEO1 iyul 2014-cü ildən etibarən Binəqədi rayonu ərazisində mərhələli şəkildə “Təmiz Binəqədi” layihəsinin həyata keçirilməsinə başlanıldı.
Layihənin həyata keçirilməsi ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə Tədbirlər Planı təsdiq edildi və Tədbirlər Planının icrasını təmin etmək məqsədilə müvafiq komissiya yaradıldı.


Amma, təəssüflər olsun ki, elə o zamankı Binəqədidə də, indikində də sözügedən layihəni təsdiq edən hər hansı bir görüntüyə rast gəlinmir.

Balaxanı zibilliyini xatırladan "Təmiz Binəqədi"nin Sulutəpə qəsəbəsində lentə alınmış bu görüntülər həm də onu göstərir ki, nəyinki Binəqədi rayon İcra hakimiyyəti, hətta yerli İcra nümayəndələri, bələdiyyələr belə tutduqları vəzifəyə tamamilə laqeyd yanaşırlar.

Amma, gəl ki, bir nəfər Binəqədi ərazisində torpaq almaq istəyəndə, ortada o qədər "səlahiyyətli şəxslər" peyda olur adam çaş-baş qalır. İstəyinə çatmaq üçün əsas kiminlə danışacağını bilmir.

Deyəsən dövrümüzün bələdiyyələri, həmçinin icra nümayəndələri tutduqları vəzifənin səlahiyyətlərini "makler"liklə səhv salıblar.

Mövzu rayonun abadlığı, təmizliyi olunca başsız görünən əraziyə "müştəri" gələn kimi az qala 10-15 nəfər "səlahiyyətli" şəxslərin imzası lazım olur ki, onların da hərəsini filan qədər məbləğdən hesablayanda....

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

XƏBƏR LENTİ