Zaqatala sakininin evindən silah və civə aşkarlanıb

Zaqatala sakininin evindən silah və civə aşkarlanıbZaqatalada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və odlu silah-sursat gizlədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Xeberdar.net-ə verilən məlumata görə, Rayon Polis Şöbəsinə Asif adlı şəxsin narkotik vasitələrin və zəhərli maddə hesab edilən civənin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbir zamanı həmin şəxs, Zaqatala rayonu Yuxarı Tala kənd sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş Asif Davudov tutulub. Onun yaşadığı evə baxış keçirilən zaman müxtəlif növ narkotik vasitələr -heroin, tiryək, qurudulmuş marixuana, psixoptop maddə olan metamfetamin, metadon həbləri, elektron tərəzilər, içərisində heroin və tiryək məhlulu olan 8 ədəd şpris, eləcə də qanunsuz olaraq saxladığı qoşalülə ov tüfəngi və ona aid olan 11 ədəd patron aşkarlanaraq maddi sübut kimi götürülüb. Davam etdirilən tədbirlərlə A.Davudovun evindən zəhərli maddə hesab edilən civə də aşkarlanıb. Araşdırma zamanı onun həmin maddəni satmaq məqsədilə evində saxladığı məlum olub.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xeberdar.net

Zaqatala sakininin evindən silah və civə aşkarlanıb

  • 23-06-2021, 11:26
  • 379


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Elmar Vəliyevin oğlu başqasının torpağını zəbt edib: - Özünə idman meydançası tikib
  2. SƏTTAR MÖHBALIYEV SİZ KİMSİNİZ?..
  3. Deputat Nabranda sərxoş halda polisi döydü — ŞOK
  4. Göyçayda şəhid ailəsinə qarşı daha bir biganəlik-Şəhid Fərid Nadirovun atası problemləri ilə bağlı prezidentə müraciət etdi
  5. Yardımlı rabitəsində BUMERANQ EFFEKTİ - "Aztelekom" "ədalət carçısı"nı niyə işdən qovur? - VİDEO
  6. Azərbaycanda daha 615 nəfər koronavirusa yoluxub - 5 nəfər vəfat edib
  7. Ceyhun Bayramov ABŞ rəsmisi ilə sərhəddəki gərginliyi müzakirə edib
  8. Vətən müharibəsi qazisi Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib
  9. Sabah hava belə olacaq
  10. ABŞ generalı Bakıya niyə gəlib? - ŞƏRH
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI