Ruslanın vətən sevgisi

735 23-06-2021, 15:00 cemiyyet

Ruslanın vətən sevgisi

Vətən sevgidən başlayır, uğrunda tökülən qandan başlayır. Bİr də vətənə olan borc var. Bəzən düşünürsən ki, o borcu necə ödəmək olar? Amma bu an işğaldan olan torpaqlarımızın azad olmunması uğrunda canlarını sipər edərək şəhid oğullarımız gözümüzün önündə canlanır.

Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər, bu, uca zirvəyə. (Sonunu düşünən qəhraman ola bilməz)
Bu yüksəkliyə ucalan insanlar əksinə ölümləri ilə bir əbədilik qazanırlar. Xalq şairi Bəxtiyar Vahabzadə şəhidləri belə vəsf etmişdir:
…Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi şəhidlər!
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən göylərinə çəkdi şəhidlər.


2020-ci ildə baş verən 44 günlük vətən müharibəsində iştirak edən hər bir igidimiz xüsusi fəallıq göstərmişdir. Bugünki yazımın qehrəmanları da bunlardan biridirlər.

Ruslanla ilk günlərdən aramız yaxşı idi. Kursda normativlərdən keçməyimə köməklik eleyən o idi mənə.

Oktyabrn 17-si Naxçıvan heyyətinin döyüşə getməyi baredə bizə məlumat gəldi. Biz əvvəl Cəbrayıl istiqmətində sonra isə Füzuli istiqamətində hərəkət etdik. Bir Gün Füzulinin ucqar kəndində döyüşlər getdi və həmin döyüşlərdə canla başla döyüşdük.Həmin döyüşdə düşmənin canlı qüvvəsinin sayını bilmirdik ,bunu öyrənmək üçün qabağa irəlləməli idik. Komandirimizdən bizə irəli getmək üçün əmr gəldi.3-cü grup birlikdə ilərlədik amma Ruslan hamımızdan qabaqda gedirdi. Ruslan hamıdan qabaqda gedərək düşmənin canlı qüvvəsini öyrəndi və məlumat ötürdü. Artilleriya vasitəsilə düşmənin canlı qüvvəsini məhv etdik.

İkinci tapşırıq olaraq biz Xocavəndin azıx kəndi istiqamətində olan yüksəkliyi istiqamətində ilərləmək əmri verilmişdi, və biz həmin yüksəkliyi almalı idik. Xocavənd istiqamətində gedəndə biz biraz istirahət elədik. O anda Ruslanla danışığımız oldu.

Namiq mən hiss edirəm ki, şəhid olacam, mən sağ gəlməyəcəm.

Elə demə, Ruslan. Biz torpaqlarımızı alıb sağ-salamat qayıdacayıq.

Namiq əgər sağ qayıtsam mənim bir sıra xəyallarım var. Çox fəallıqlarım olacaq, leytenant vəzifəzifəsinə yüksələcəm.

İnşallah qardaş sağ-salamat , alnıaçıq ailələrimizin yanına gedəcəyik. Bu söbətimizdən sonra yığışdıq, ilərləməyə davam etdik. Artıq kəndə çatdıq. Saat 5-6 radələrində ilkin atışmalar başladı. Biz döyüşə girəndə grup içində səs-küy oldu və bu əsnada düşmən səsimizi eşitdi. Səsdən sonra bizə işıq saldılar və atışmaya başladılar .Atışmada ilk olaraq dəstə komandirimiz yaralandı və ona ilkin tibbi yardımı göstərən həkimimiz olan əraziyə əl qumbarası atdılar və həkimimiz şəhid oldu. Bundan sonra biz dahada acıqlandıq, atışmaları dayandırmadıq. Bizim müdafiə kapitanımız bizə darağı müdafiə almağımızı tapşırdı. Hava çox dumanlı idi, çiskin var idi, göz-gözü görmürdü. Biz darağı müdafiəyə alanda düşmən bizdən əvvəl orda xəndəklər qazaraq gizlənmişdi .Ordan bizə atəş açmağa başladılar.Bizdə irəli oların üstünə gedirdiy, mərmilər yağış kimi göydən tökülürdü. Biz əyilmək məcburiyyətində idik. Ruslan ayağa durub durmadan atəş açırdı,mən ona qışqırdım amma o mənə qulaq asmadı. Ruslan ilərləməyə başladı və biirdən onun yerə sərildiyini gördüm. Yanına qaçmaq istədim, ama alınmırdı, mərmilər imkan vermirdi.

Bizə dəstək gəldi düşmən qüvvələrini məhv etdik.

Mən Ruslanın yanınna qaçanda artıq çox gec idi.Üç yerdən yara almışdı. Mən onun son dəfə əlini tutaraq qucaqladım,bağrıma basdım.

Şəhidimiz Ruslan Cəfərov Qusar rayonu sakinidir. O hərbi xidmətini bitirdikdən sonra təzədən hərbiyə getmişdi. Şəhidimizə Allahdan rəhmət, ailəsinə səbr diləyirik.Bütün qazilərimizə və vətən keşiyində duran igid oğullarımızı Allah qorusun.

Vətən üçün ölməkdirsə qismətim ,mən belə qismətin əllərindən öpərəm.(Mehmet Akif Ersoy)

Vətən uğrunda qan, dostunuz uğrunda göz yaşı, ailəniz uğrunda tər tökün.

Ruslanın vətən sevgisiGünel Abdulhəmid qızı.

XƏBƏR LENTİ