Yaxın 3 gün ərzində gözlənilən hava şəraiti açıqlanıb

Yaxın 3 gün ərzində gözlənilən hava şəraiti açıqlanıb"Yaxın üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, mülayim şimal küləyinin əsəcəyi gözlənilir".

Xeberdar.net məlumat verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, Bakıda və Abşeron yarımadasında havanın temperaturu günorta saatlarında 32-36 dərəcə isti olacaq: “Yaxın 3 gün ərzində Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu 34-39, dağlıq ərazilərdə isə 23-28 dərəcə isti olacaq”.

Yaxın 3 gün ərzində gözlənilən hava şəraiti açıqlanıb

  • 1-07-2021, 15:54
  • 613


Oxşar mövzular
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI