Sabirabadda məsciddə yanğın baş verib

1 090 2-07-2021, 01:30 hadise / bolge

Sabirabadda məsciddə yanğın baş verib


Sabirabad rayonunda məsciddə yanğın baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayonunun Qaratoğay kənd məscidində yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Sabirabad yanğından mühafizə bölməsinin canlı qüvvəsi və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Baş verən yanğın qısa müddət ərzində söndürülüb.

XƏBƏR LENTİ