Ariyançı İran Pəhləviləri dövrü və Güney Azərbaycan Milli Hərəkatı (1. Yazı)

1 127 3-07-2021, 11:37 kose / siyaset

Ariyançı İran Pəhləviləri dövrü və Güney Azərbaycan Milli Hərəkatı (1. Yazı)AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

Son əsrlərədə istər hərb meydanlarında, istərsə də ictimai şüurlarda aparılan antitürk ideyaların nəticəsi olaraq ingilislər başda olmaqla, Avropa dövlətlərinin iş birliyi nəticəsində 1925-ci ildə Qacarlar hakimiyyəti qeyri-qanuni devirlərək onların yerinə aryançı İran Pəhləvilər gətirildi. Bununla da əfsanəvi “İran”ın sözdə gerçək¬çi, hüquqi “İran dövləti”nə çevrilməsi adı altında ciddi zəmin hazırlanaraq türklərin son min ildə idarə etdiyi bölgənin bilərəkdən farsçı-aryançı “İran”a çevril¬məsi prosesinə rəsmi şəkil verilməyə başlandı. Məhz bunun nəticəsi olaraq, öncədən də “İran” və “Turan” məsələlərində şüuru qarışdırılan türklər, o cümlə¬dən türk aydınlar arasında aryançı İran Pəhləvilərin hakimiy¬yətə gətirilməsiylə də, ziddiyyətli düşüncələr daha da dərinləşdi. Başqa sözlə, Qacarların devrilmə¬sindən sonra (1925) türklər arasında tək vətən, tək mədəniy¬yət, tək dil, tək millət olaraq “Persia” və “İran” anlayışları şüurlara zorla yeridilməyə başladı. Beləliklə, “İran mərkəzli Fars düşüncə sistemi” Azərbaycan mərkəzli Türk düşüncə sistemi üzərində xeyli dərəcədə qələbə qazanmış oldu.
Qeyd edək ki, 1935-ci ilə qədər Pəhləvilər daha çox “Persia” adından istifadə edir və bunun zəmnində də Azərbaycan türk¬lərini məhvetmə siyasətini açıq şəkildə aparırdılar. Rza Pəhləvi hakimiyyətini de-yure rəsmiləşdirdikdən dərhal sonra Azərbaycan türklərini repressiya etmə siyasətini daha da sürətləndirdi. Demək olar ki, iran-fars faşizmi nəticəsində on minlərlə Azərbaycan türkü yurd-yuvasından sürgün edildi ya da həbsxanaya salındı. Pəhləvi¬lərin bu siyasətinin arxasında türklərin ana dillərində danışmaqdan, özləri¬ni türk adlandırmaqdan imtina etməkdən tutmuş, farslaş¬dırmaya zorla məcbur edilməsi üçün nəzərdə tutulan hər bir şey dayanırdı.
Hər halda 1925-ci ildən sonra Türk dilində təhsilin qadağan olunması, üstəlik orduda və məktəblərdə Türk dilində danışmağa görə ciddi cəzaların tətbiq edilməsi, eyni zamanda 1928-ci ildə Türk dilində qəzət-jurnalların və kitabların nəşrinin dayandırılması, milli teatrların bağlanması, milli təşkilatların sıradan çıxarılması, məktəb¬lərdə, ictimai yerlərdə türkcə danışmağn rəsmən qadağan olunması, türkcə kitablar və əlyazma¬ların yığışdırılıb yandırılması, türkcə tarixi və coğrafi adların farslaşdırılması başlandı. V.Mustafayev yazır: “1926-27-ci ildəəyalət maarif idərəsinin yeni rəisi A.Möhsüni Azərbaycana gəldi. O, ”azəri hünərməndlərini çağırıb onları təhqir edərək azəri dilində nümayiş-teatr verməyi qadağan etdi”. Yeni maarif rəisi hətta məktəbdə azərbaycanca danışan uşaqların boynuna kəndir keçirib axura bağlamağı əmr etdi. Onu həmin vəzifədə əvəz edən Q.Zovqi məktəblərdə azərbaycanca danışan uşaqları cərimə etmək üçün xüsusi qutular asmağı göstəriş verdi”.
Üstəlik, Güney Azərbay¬canın kiçik ərazi vahidlərinə, yəni ostanlara və şəhristanlara bölünməsi, hətta, Azər¬baycanda əhalinin siyahıya alınması zamanı türklərlə bağlı “eşşəklərin siyahıya alınması” kimi ifadələr işlədilməsi və bu kimi insanlıqdan kənar əməllər xalq arasında ciddi etirazlara səbəb oldu. Bütün bunların başında dayanan, “Pəhləvi” adını Rzaya məsləhət görən baş nazir Məhəmmədəli Füruği və İngiltərənin Tehrandakı səfirliyinin müşaviri Erdeşir Reporter, hərbi komandan Aron Sayd və başqaları olmuşlar. S.C.Pişəvəri yazırdı: “Rza şah Azərbaycan xalqından və onun azadlığa olan əlaqəsindən həmişə nigaran olduğuna görə mərhum Şeyx Məhəm¬məd Xiyabaninin rəh¬bərlik etdiyi hərəkat basdırıldıqdan sonra orada firqə naminə heç bir ciddi müəssisənin yaradılmasına imkan verilməmişdir. Hətta Süley¬man Mirzənin 1921-1929-cu illərdə qurduğu zəif ictimai firqə belə Azərbaycanda Rza şah məmurları¬nın ciddi təqibi və Ələsgər Sərtib¬zadənin xudpəsənd¬liyi nəticəsində parlayıb, cəmiyyətdə mühüm yer tuta bilməmişdir. Həmin tarixdə bəzi zəhmətkeş və açıq fikirlilər vasitəsilə təşəkkül tapan İran Kommunist Firqəsinin Azər-baycandakı yerli təşkilatı daha çox məhdud dairədə və fövqəl¬adə gizli fəaliyyət göstərməsinə baxma¬yaraq… aşkar edilib, fəal üzvüləri isə başqa azadixahlarla birlikdə Qəsri-Qacar həbsxanasına göndəril¬mişlər. Bir sözlə demək olar ki, Rza şahın süqutu və mütəffiq dövlət¬lərin hərbi qüvvələrinin İrana varid olduğu vaxt 1941-ci il 25 avqust tarixdə Azərbaycanda siya¬sət və təşkilat naminə heç bir şey yox idi”.
Deməli, İngilis-Fars siyasətinin ortaq maraqlarından çıxış edən Pəhləvilərin aryançılıq əsasında “tək İran milləti” yaratmaq ideyası ilk növbədə, Güney Azərbaycana, Azərbaycan türklərinə qarşı yönəlmişdi. Mirzə İbrahimov yazır: “Hakim fars şovinizmi, müstəbid şah hakimiyyəti artıq neçə əsr idi ki, İranda yaşayan başqa millətlərin, xüsusən farslardan sonra böyük əksəriyyəti təşkil edən 12-16 milyona qədər Cənubi Azərbaycan əhalisinin milli hüquq və ixtiyaratını qəbul etmirdi. Hətta Rza şah Azərbaycan sözünü xəritədən tamamilə silmək üçün İranı “ostanlara” (əyalətlərə) bölmüşdü. Bu əyalətləri nömrələmişdi də: birinci Ostan, İkinci Ostan və s. Bütün bunlara baxmayaraq, azərbaycan¬lılar, kürdlər və başqaları özlərinin qədim milli mədəniyyətini, dilini, ədəbiyyatını böyük çətinliklərlə də olsa, qoruyub saxlayır, yaşadır, inkişaf etdirirdi. İstibdadın təqibləri, həyata keçirdiyi cəza tədbirləri isə xalqı daha da qəzbləndirir, gücləndirirdi”.
Məmməd Sadıq Aran da 1942-ci ildə, “Sənan Azər” ləqəbi ilə Türkiyədə yayınladığı “İran Türkləri” kitabında yazırdı ki, Pəhləvilər bu ölkədəki türklərin mövcudluğunu təkzib və tarixini təhrif edir, Türk toponimlərini, o cümlədən coğrafi adları farslaş¬dırır, uşaqlara Türk adları verməyi qadağan edir, Türk dilində məktəbləri qadağan edir və onlara məcburi farsca təhsil verir, özünü Türk kimi təqdim edənlərə cəza kəsir, Türkcə kitabları məhv edir. O, yazırdı: “Biz İranda yaşayan Türklər əsirlərdən bəri İranın şərəfini qanımızla və canımızla qoruduq. Buna müqabil İrandan heç bir haqq istəmədik. İran hökuməti də bizə daim ögey oğul nəzəriylə baxdı və hələ də elədir. Sayımız 5 milyonu keçən bizlər bu gün İrandakı 60 min ermə¬ni qədər mədəni bir haqqa malik deyilik. Bu nədən belədir? Bunu biz yalnız özümüzə soruşmalyıq. Biz daima şücaət və cəsarəti¬mizi farsların kefi üçün sərf etdik və susduq. Susanlara isə heç bir yerdə pay verməzlər. Vətəndaşlar, haqqımızı istəmək zamanı gəlmiş¬di. Biz artıq miskin və pərişan halda yaşaya bilmərik. Bilməliyik ki, əsrimiz milliyyət əsridir. Milliyyət demək, mənlik deməkdir. Mən¬liyini idrak etməyən Tanrısını bulamaz. Biz köləklikdən qurtulmalı¬yız”.
Azərbaycan türklərinin rəsmi dövlət idarəçiliyində iştirak¬ına da qadağa qoymaq məqsədilə Rza “şah” bir neçə addım atdı. Bunlardan biri Qacarların federal yapısını aradan qaldıraraq yeni ərazi-idari sistemi ortaya qoymaq idi. Nəsibli yazır: “Bu dəyişik¬liyin məqsədlərindən biri fars olmayanların birliyini mümkün olduğu qədər pozmaqdı. Bu dəyişikliklə eyni zamanda, əski yer adlarını da hafizələrdən silmək məqsədi güdülürdü. Yeni ərazi bölünməsinə görə, Azərbaycan əyaləti iki parçaya ayrıldı. Bunun¬la birlikdə əyalətin tarixi-coğrafi adı yox edildi və isimlərin yerini sadəcə nömrələr aldı. Əyalətin əsas qismi üçüncü (mərkəzi Təbriz şəhəri) və dördüncü (mərkəzi Rezaiyə, öncəki Urmiya şəhəri) onların tərkibinə qatıldı. Zəncan vilayəti və türklərin yaşa¬dığı digər bölgələr bunların tərkibinə daxil edilmədi, onlara müstə¬qil idarəetmə statusu da verilmədi. Daha sonraları 3. ostan Doğu Azərbaycan, 4. ostan isə Batı Azərbaycan olaraq adlandırıldı”.
Azərbaycan türklərinə qarşı yönəldilmiş addımlardan digəri də bütün dövlət idarələrinə “Soyu Türk olan və Türkcə danışan şəxsləri dövlət müəssisələrində məsul vəzifələrə təyin etməmək və mövcud olanları da bəhanə tapıb xaric etmək” məzmunlu gizli bir sərəncam idi. Bu sərəncamı Möhsini və Zövqi kimi maarif nazirləri, Abdulla Mustafa kimi Şərqi Azərbaycan valisi yerlərdə həyata keçirmiş, “Paniranizm” ideologiyasının təbliğ¬atçıları Rzazadə Şəfəq Təbrizi və Əhməd Kəsrəvi kimi “sapı özümüzdən olan baltalar” da fars dilinin zorla yayılması, “Vahid İran milləti” ideyasının əhaliyə təlqin edilməsi, Quzey Azərbaycan və Güney Azərbaycanda yaşayan eyni dilli, eyni adlı, eyni tarixli, eyni mədə¬niyyətli Türklərin müxtəlif xalqlar olduğunu xüsusi canfəşanlıqla sübut etməyə çalışmışdılar. Belə ki, Möhsininin “Türkcə danışan¬ların boynuna noxta keçirib axıra bağlayın” kimi göstərişi, Zövqinin Azərbaycan məktəblərində tənəffüs zamanı belə Türkcə danışan şagirdləri cəzalandırmaq üçün “cərimə sandıqları” qoydur¬ması və digər sərəncamları, Abdulla Mustofinin “Azərbay¬canlılar türkdürlər, onlar yonca yeyib “Məşru¬tə” alıblar, indi də ot yeyib İranı abad edərlər” deməsi, İran Pəhləvilərinin irqçi-faşist mahiyyətini tamamilə ortaya qoymuşdu. Mirzə İbrahimov yazır: “Bütün İranda azadlıq və demokratiyanın kökünü kəsmiş Rza şah istibdadı ilə Azərbaycanda zülm və təzyiq qat-qat artdı. Azərbay¬can dilində yazmaq və oxumaq qadağan olundu. Azərbaycanın böyük, kiçik bütün idarələri fars məmurları ilə dolduruldu. Rza şah Azərbaycan adını xəritədən silmək üçün əlindən gələni etdi. Rza şahın hakimiyyəti illərində Azərbaycan şəhələri bir xərabəzarə çevrildi. Azərbaycanın gəlirini çəkib apardılar. İşsizlik, kasıblıq və səfalət hər yanı bürüdü. Bütün bunlardan əlavə Azərbaycan xalqına qarşı etimadsızlıq və təhqiri münasibət daha da dərinləşdi. Təbriz valisi Mustofi azərbay¬canlıları nalayiq sözlərlə təhqirdən çəkinmədi. Hər tərəfdə azərbaycanlılara qarşı pis münasibət yarandı. Onları bir çox dövlət qulluq və vəzifələrinə buraxmadılar. Fars məmurları azərbaycan¬lılarla “işağlçı irq” nümayəndəsi kimi rəftar etdilər. Azərbaycan dilində danışanları idarələrdən qovdular. Məhkəmnləri fars dilində apardılar. Ömründə bir kəlmə farsca danışmamış Azərbaycan kəndlilərilə də sorğu-sualı farscaya keçirdilər. Azərbaycan dilində ədəbiyyat oxumaq, şeir yazmaq və yaxud mahnıya qulaq asmaq cinayət sayıldı”.

XƏBƏR LENTİ