Ariyançı İran Pəhləviləri dövrü və Güney Azərbaycan Milli Hərəkatı (3.Yazı)

754 13-07-2021, 00:35 kose / siyaset / cemiyyet

Ariyançı İran Pəhləviləri dövrü və Güney Azərbaycan Milli Hərəkatı (3.Yazı)AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

Böyük Britaniyanın (və davamçısı ABŞ-ın) Sovetlər Birliyi¬nin (və davamçısı Rusiya Federasiyasının) və İran Pəhləvi¬lərin (və davamçısı İran İslam rejiminin) Azərbaycan türklərinə qarşı apardığı aşağı-yuxarı eyni siyasət nəticəsində də Nadir şah Əfşarlar, Şah İs¬mayıl Xətailər, Şah Təhmasiblər, Nadir Şah Əfşarlar, Ağa Məhəm¬məd şah Qacarlar bir sözlə, bütün Türk hökmdarları “İran” şahına çevrilir, “İran” şahları kimi də Türkün və Azərbaycanın düş¬məni olurdular. Başqa sözlə, araşdırdığımız dövrdə, yəni Sovetler Birliyin¬də Stalinin, Pəhləvilərdə Rza Pəhləvinin apardığı siyasət Azərbaycan türklərinin milli varlığının inkarına qarşı yönəldilmiş, bunun nəticəsi olaraq dövriyyəyə saxta “İranlı” və “Azəri” kimliyi gətirilmişdir.
Ona görə də, Türkiyə və Azərbaycanın rəsmi tarixçiliyində də 1925-ci ildən sonrakı “İran”a nisbətlə “İran şahları” kimi adı keçən bütün Türk hökmdarları düşmən və işğalçı kimi qələmə verilirlər. Özəlliklə, Sovetlər Birliyi dövründə yazılan rəsmi “Azərbaycan tarixi” kitablarında 1925-ci ildən sonrakı, xüsusilə 1935-ci ildə “rəsmi”ləşmiş “İran”a nisbətlə Səfəvilər, Əfşarlar, Qacarlar dövlətləri heç bir saf-çürük edilmədən, özəlliklə son min il ərzində bu coğrafiyada Türk dövlətlərinin hakimiyyət sürmələri nəzərə alınmadan hamısı Azərbaycana, Türkiyəyə bütünlükdə Türklüyə düşmən kimi qələmə verilmişdir.
Bizcə, “Azərbaycan tarixi” kitablarında Səfəvilərin, Əfşarlar¬ın, Qacarların hakimiyyətini yalnız “İran hökmranlığı” kimi qələmə verib, onlardan “yadelli hökmranlıq” kimi bəhs etmək doğru deyildir. Özəlliklə də, Nadir şah Əfşar ya da Ağa Məhəmməd şah Qacar necə “yadelli hökmdar” ola bilər ki, onlar Azər-baycanı, Türklüyü hər hansı ideyadan üstün saymış, hakimiyyətlərini Turanın mərkəzi Azərbaycanda bəyan etmiş, dövlətin iki mühüm paytaxtını – Təbrizi və Tehranı Azərbaycan ərazisində tutmuşdular.
Beləliklə, 2-ci Dünya müharibəsi başlayana qədər artıq Azər¬baycanda İran Pəhləviləri rejiminə qarşı ciddi bir narazlıq formalaşmışdı. Məhz bu narazlığın fonunda da Azərbaycan xalqınən arasında meydana gəlmiş milli şəraiti xarakteriz edən Vidadi Mustafayevə görə, etnik cəhətdən yekcins olan əsas sosial təbəqələr prinsip etibarilə iş verənlərin mənafeyini müdafiə edən, eyni zamanda hakim millətin nümayəndəsi olan fars (yaxud qeyri-milli) məmurlar vasitəsi ilə bir-birinə bağlanmışdılar: “Sosial strukturda aşağı mövqe tutan təbəqələr ayrı-seçkilikdən daha çox, ilk növbədə azərbaycanlı hakim təbəqələrin iqtisadi, siyasi, sosial zülmündən əziyyət çəkir, ona görə də başlıça olaraq sosial azadlıq uğrunda çıxış edirdilər, hərçəend öz milli mənafeyi onlara yad deyildi. Farsdilli Azərbaycan ziyalılarının bir hissəsi öz xalqının assimilyasiya olunması uğrunda çıxış edir, ziyalıların digər hissəsi ayrı-seçkilik siyasətindən narazılıq edirdilər, çünki həmin siyasət onların maddi mənafeyinə toxunur, onları əyalətdə fars ziyalılarından asılı vəziyyətə salırdı”.
V.Mustafayevə görə, beləliklə, əyalət iqtisadi və sosial infrastruktur cəhətdən tənəzzül keçirir, Azərbaycan xalqı isə ilk növbədə məmurların özbaşınalığı, şovinizmi şəklində təzahür edən milli zülmə məruz qalırdı: “Bu zülmü ən konkret, gözə çarpan şəkildə və daim azərbaycanlı məmur və ziyalılar hiss və dərk edirdilər, ona görə də onların arasında həm bu zülmə müqavimət, həm dəən başlıcası, Azərbaycan millətinin spesifik mənafeyinin dərk edilməsi və öz qrup mənafeyinin milll mənafe ilə eyniləşdirilməsi prosesinin getməsi özünü göstərirdi. Yuxarıda qeyd edilənlər göstərir ki, Azərbaycanda dövlətin millətçilik siyasəti və məmurların şovinist özbaşınalığına qarşı narazılıq mövcud idi və artırdı. Lakin bu narazılıq qeyri-mütəşəkkil və fərdi-hissi səviyyədə özünü göstərirdi. Bu da sosial strukturun əsas komponentlərinin etnik yekcinsliyi, ölkədə polis diktaturasının hökm sürməsi, və deməli xırda burjuaziyanın və ilk növbədə ziyalıların fəaliyyətinin mütəşəkkilliyi və onun təşkilatçılıq fəaliyyəti üçün mühüm şərt olan demokratik şəraitin olmamsı ilə bağlı idi”.
2-ci Dünya müharibəsi dövründə Güney Azərbaycan və 21 Azər hərəkatı. 1941-ci ilin avqust ayında Sovet ordusu “İran”a daxil olaraq ölkəninin bir hissəsini işğal etmiş, Rza şah hakimiy¬yətdən öz bədnam oğlu Məhəmməd Rzanın xeyrinə imtina edərk 16 sentyabr 1941-ci ildə istefa vermiş və 17 sentyabr 1941-ci ildə ölkəni tərk etmişdi. Mütəffiq qoşunlarının (SSRİ, Böyük Britaniya, ABŞ və b.) “İran” ərazisinə daxil olub, Rza şahın ölkədən qaçma¬sından sonra Güney Azərbaycanda bir çox milli və qeyri-milli təşkilatlar – Tudə Partiyası, Azadlıq Cəbhəsi Partiyası, Azərbaycan Zəhmətkeşlər Təşkilatı, Azərbaycan Cəmiyyəti, İrani-Bidar, Ziddi-Faşist Cəmiyyəti, Həmkarlar Təşkilatı və başqaları ortaya çıxdı.
Bu təşkilatlar arasında “İrani-Bidar” (Oyanmış İran), “Hizbi-Tudeyi-Azərbaycan faşist”kimi təşkilatlar qeyri-milli yol tutmuşdular. Pişəvəri yazır ki, xüsusilə faşist əqidəlilər “Hizbi-Tudeyi-Azərbaycan faşist” təşkilatında bir araya gəlmişdilər. O, yazırdı: “Məxsusən faşist ünsürləri özlərinin cinayətlərinə pərdə çəkmək məqsədi ilə daha artıq fəaliyyət göstərirdilər. Hacı xan Çələbi, Məmməd Əli xan Nurazər (Daruğa), Əxbarı və qeyrilərinin təşkil etdikləri Hizbi-Tudei Azərbaycan bu məqsədlə qurulmuş bir təşkilat idi. Vaxtında bütün siyasi dəstələrə əl atmağa çalışan Fəhimi bu təşkilat ilə də Azərbaycan Zəhmətkeşləri kimi rəftar edib, onu özünün siyasətini icra etmək üçün alət qərar verməyə müvəffəq olmuş və istifadə etdikdən sonra qaba bir şəkildə dağıtmışdır”.
Bu dövrdə Azərbaycanda imperialistlərinin əli ilə yaradılmış qeyri-milli təşkilatlardan biri də “İrani-Bidar” olmuşdur. Bu təşkilatın ideyaları “Fəryad”qəzetində nəşr olunurdu ki, burada da əsas məqsəd “iranlılığ”a, “İran birliyi”nə xidmət etmək idi.
Həmin dövrdə Azərbaycan Zəhmətkeşlər Təşkilatı və Azərbaycan Cəmiyyəti isə işlərini tamamilə Azərbaycanın azadlığı üzərində qurmaslar da, ancaq milli yol tutub Azərbaycan və azərbaycanıçılıq ideyası onların məramnaməsində mühüm yer tutmuşdur. S.C.Pişəvəri yazır ki, Azərbaycan Zəhmətkeşlər Təşkilatının xalq içərisində nüfuz tapmasının əsl səbəbi onu təşkil edənlərin Azərbaycanda yaşayan zəhmətkeşlərdən ibarət olması idi: “Müxtəlif adamlar məsələn, İsrafil Qadiri, Hüseyn Rizvan, Əhməd İslami və qeyrilərinin müstəqil surətdə topladıqları dəstələrin birləşməsindən əmələ gələn bu təşkilatın təkcə Təbrizdə on mindən ziyadə üzvü var idi. Şəhərin müxtəlif yerlərində cürbəcür ünvanlar altında təşkil tapan zəhmətkeş klubları gecə-gündüz dolu olub, orada danışılan sözlər, aparılan təbliğat xalqın illər boyu arzu etdiyi məqsəd ətrafında idi. “İstibdad hökumətini yıxmaq, zülm və şəqavətə (əzab) xatəmə vermək, ərbabların, qaniçənlərin əllərini ictimai işlərdən uzaqlaşdırıb, xain məmurlar, qaniçən jandarmlar, rüşvətxor tiryəkinin şərrin bir dəfəlik xalqın başından rəf etmək” sözləri həqiqətdə xalqın xoşuna gələn, onun ürəyindən çıxan sözlər olduğundan onları cəlb edib gündən-günə təşkilata yaxınlaşdırırdı”. Pişəvəriyə görə, bu təşkilatın nöqsanı isə onun azsavadlı adamlardan toplanmasında və onların arasında xalqa rəhbərlik edə bilən təcrübəli adamların olmamasında idi. Azərbaycan Zəhmətkeşlər Təşkil¬atı həm daxili təxribatlar, həm də Pəhləvilər rejiminin basqıları altında 1942-ci ilin payızında öz fəaliyyətini dayandırmağa məcbur olmuşdu.
1941-ci ilin oktyabrında Təbrizdə yaranan Azərbaycan Cəmiyyətinin qurucuları Mirzə Əli Şəbüstəri, İsmayıl Şəms, Əli Maşınçı, Cəfər Əkbəri, Mirzə Mehdi Çavuşi, Hilal Nasiri və başqaları olmuşdur. Noyabrın 1-dən etibarən fars və türk dillərində “Azərbaycan” qəzetini nəşr edən “Cəmiyyət”in əsas ideyaları burada öz əksini tapmışdır. V.Mustafayev yazır ki, milli və sosial azadlıq üçün mübarizə aparan bu təşkilat, siyasi sahədə demokratik konstitusiya və qanuni idarəetmənin həyata keçirilməsini, əyalət və vilayət əncümənlərinin təşkil edilməsini, nümayəndələrin Məclisə xalq tərəfindən seçilməsini, Azərbaycanın qanuni haqlarının müdafiəsini, dövlətin Azərbaycanda sənayə müəssisələri inşa etməsini, işsizliyin ortadan qaldırılmasını, dil azadlığının verilməsini, ana dilində bütün səviyyələrdə təhsil və kitab yayınlanmasını istəməkdəydi.
“Azərbaycan” qəzetində “İran milləti” anlayışından fərqli duyğu, dil ənənə və torpaq bütövlüyünə aid “Azərbaycan milləti” qavramından tez-tez istifadə olunurdu. Burada göstərilirdi ki, Azərbaycan millətinin əsasını Azərbaycan türkləri, onun dili, ənənələri təşkil edir və bu milləti başqa bir millətlə (yəni farslarla) eyniləşdirmək mümkün deyildir. Bu anlamda panirançıların Azərbaycanın zorla türkləşməsi müddəasını rədd edən “Azər¬baycan” qəzetinin yazarları bildiridilər ki, Azərbaycan əski dövrlərdən Türk yurdu olmuşdur və indi də Azərbaycan türkləri bu yurdun sahibləridir. V.Mustafayev yazır: ““Cəmiyyət” azərbaycanlılarda öz dili haqqında obyektiv təsəvvür yaratmağa səy göstərirdi. “Azərbaycan” qəzeti azərbaycanlıların özünəməxsus qədim və zəngin dili olduğunu xüsusi qeyd edirdi. Qəzet Azərbaycanda fars dilinin yayılmadığını, Azərbaycan dilinin türk dilləri sistemində müstəqilliyini, Azərbaycan ıhaslisinin dili ilə İranın digər əyalətlərinin əhalisinin dili arasında hələ VII əsrdən heç bir oxşarlıq olmadığını, İranda monqolların hökmranlığı ilə Azərbaycanın türkləşməsi arasında heç bir əlaqə olmadığını qeyd edir, Azərbaycanda indiki dilin işlənməsi dövrünü göstərirdi”.

XƏBƏR LENTİ