Daha bir şadlıq sarayında karantin qaydaları pozuldu - Sahibkar həbs edildi

546 16-07-2021, 12:07 cemiyyet

Daha bir şadlıq sarayında karantin qaydaları pozuldu - Sahibkar həbs edildiDaha bir şadlıq sarayında karantin qaydaları kobud şəkildə pozulub. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib.

O qeyd edib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri araşdırmalar zamanı şəhər ərazisində yerləşən “Sevincim” şadlıq sarayının operativ qərargah tərəfindən qəbul edilən normadan artıq qonaq qəbul etməsi müəyyən edilib.

Restoran inzibatçısı Elşən Hüseynov saxlanılaraq Rayon Polis İdarəsinə gətirilib. Barəsində 211.1 ilə protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmə qərarı ilə o, 8 gün inzibati qaydada həbs edilib.

XƏBƏR LENTİ