Gəncə təhsilində daha bir BİABIRÇILIQ... - imtahan suallarını başqasına həll etdirmək istədi, amma…

586 16-07-2021, 15:27 siyaset / gundem

Gəncə təhsilində daha bir BİABIRÇILIQ... - imtahan suallarını başqasına həll etdirmək istədi, amma…Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevin qanunsuz əməlləri ilə bağlı bir neçə gün öncə Hurriyyet.az-da məlum vermişdik.

Redaksiyamıza daxil olan şikayət məktubu əsasında qeyd etmişdik ki, A.Qədiməliyev müəyyən səbəblərdən bir sıra məktəb direktorlarının qanunsuz əməllərinə göz yumur. Bu təhsil ocaqlarından ikisində – 7 və 31 nömrəli məktəblərdə baş verən qanunsuzluqları da misal göstərmişdik. Eyni zamanda, Anar Qədiməliyevin vəzifə səlahiyyətlərindən istifadə edərək, yaxın adamlarını müəyyən idarələrdə işə götürtdüyü haqda da məlumat vermişdik.

Bu gün Gəncə şəhərindəki daha bir təhsil ocağında baş verən qanunsuzluqlarla bağlı redaksiyamıza informasiya daxil olub. Bildirilir ki, 37 nömrəli məktəbin direktoru Nail İmranov həyat yoldaşını (Gülnar İmranovanı) qanunsuz yollarla çalışdığı məktəbdə riyaziyyat müəllimə kimi işə götürmək istəyib. Belə ki, bu ayın 13-də Gəncə şəhəri 16 nömrəli məktəbdə müəllimlərin imtahanı keçirilib. Nail İmranov İmtahan komissiyasının sədri olub. Onun rəhbərlik etdiyi məktəbdə çalışan Venera adlı müəlliməni də nəzarətçi kimi təyin etdirib.

Mənbənin sözlərinə görə, Venera müəllimə imtahan zamanı riyaziyyatdan olan sualların şəklini çəkib başqa bir savadlı müəllimə göndərib ki, bunları həll elə, cavabları Gülnar İmranovaya verim. Həmin müəllim də bunu ictimailəşdirib. Nəticədə aidiyyəti qurumlar tərəfindən imtahan ləğ edilib, Venera müəllimə və Nail İmranovu da sözügedən məktəbdən qovublar./Hurriyyet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

XƏBƏR LENTİ