Ankara planlarını tətbiq etməyə hazırlaşır

435 26-07-2021, 09:55 dunya

Ankara planlarını tətbiq etməyə hazırlaşırBeş ölkə Şimali Kipr Türk Respublikasını dövlət kimi tanıyacaq.
Bu barədə “Arab Nyus” nəşri yazıb.
Nəşr iddia edib ki, Şimali Kipri Azərbaycan, Pakistan, Liviya, Banqladeş və Qambiya tanıyacaq:
“Qərb ölkələrindən gələn sərt reaksiyalara baxmayaraq, Ankara ada ilə bağlı planlarını tətbiq etməyə hazırlaşır. Şimali Kipri Türkiyədən sonra tanıyan ikinci dövlət Azərbaycan olacaq. Azərbaycan yaxın zamanlarda Şimali Kiprdə diplomatik missiya quracaq. Artıq bununla bağlı hesabatlar da mövcuddur.
Daha sonra isə Pakistan Şimali Kipri tanıyan ölkələr sırasına daxil olacaq. Bundan başqa, Liviya, Banqladeş və Qambiyanın da Şimali Kiprlə diplomatik əlaqələr qurması və tanıması gözlənilir”.

XƏBƏR LENTİ