Bakıda dustaq məhkəmədən qaçdı

479 26-07-2021, 12:38 hadise

Bakıda dustaq məhkəmədən qaçdıBakıda məhkəmədən qaçan təqsirləndirilən şəxs saxlanılıb.

"Report" xəbər verir ki, keçirilən əməliyyat-axtarış tədbirləri ilə məhkəmə zalından qaçan şəxs müəyyən olunaraq saxlanılıb.

Həmin şəxs aidiyyatı üzrə təhvil verilib.

DİN-in mətbuat xidmətindən fakt təsdiqlənib.

Qeyd edək ki, iyulun 20-də Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı 1976-cı il təvəllüdlü Tərlan Həsənov narkotik vasitəsinin daşınmasına görə saxlanılıb. Daha sonra o, iyulun 21-də Suraxanı Rayon Məhkəməsinə gətirilib. Amma təqsirləndirilən şəxs prosesdən əvvəl məhkəmə zalından qaçıb.

XƏBƏR LENTİ