Mustafa Şentop “Bakı bəyannaməsi”nin əsas prioritetini açıqlayıb

462 28-07-2021, 09:50 cemiyyet

Mustafa Şentop “Bakı bəyannaməsi”nin əsas prioritetini açıqlayıb“Azərbaycan, Türkiyə və Pakistan parlamentləri arasında imzalanan “Bakı bəyannaməsi”nin əsas prioritet istiqamətlərindən biri parlamentlərarası əlaqələrin genişləndirilməsidir”.

Bunu Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop keçirdiyi mətbuat konfransında deyib.

TBMM sədri bildirib ki, beynəlxalq platformalarda birlikdə hərəkət etmək məsələsi bəyənnamədə yer alıb: “Azərbacanın deputatlarının yer almadığı beynəlxalq arenada Türkiyə deputatları qardaş ölkənin haqlarını müdafiə edir. İslamofobiya ilə bağlı mücadilədə birgə mübarizə aparmaq da əsas hədəflərdəndir. Bunlar ilk addımdır”.

XƏBƏR LENTİ