Keçmiş nazir xaricə getmək istəyərkən hava limanından GERİ QAYTARILDI

464 28-07-2021, 13:32 cemiyyet

Keçmiş nazir xaricə getmək istəyərkən hava limanından GERİ QAYTARILDIKeçmiş Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Heydər Əliyev adına Beynəlxalq Hava Limanından xaricə getmək istəyərkən geri qaytarılıb.

Əbülfəs Qarayev səhhətində yaranan problemə görə Türkiyəyə getmək istəyərkən hava limanının əməkdaşları tərəfindən saxlanıb və geri qaytarılıb. Keçmiş nazir xaricə səfərinin təxirə düşməməsi üçün hava limanında bir çox yerlərə zənglər etsə də, nəticəsi olmayıb.

Əbülfəs Qarayevin hansı səbəbdən geri qaytarılması məlum deyil.

Qeyd edək ki, bir müddət əvvəl Əbülfəs Qarayevin Mədəniyyət və Turizm naziri işlədiyi dövrdə nazirlikdə baş verən yeyintilərlə bağlı Hesablama Palatasının apardığı yoxlamalardan sonra Baş Prokrorluqda cinayət işi açılıb.(manset.az)

XƏBƏR LENTİ