Göyçayda şəhid ailəsinə qarşı daha bir biganəlik-Şəhid Fərid Nadirovun atası problemləri ilə bağlı prezidentə müraciət etdi

1 147 29-07-2021, 15:03 siyaset / cemiyyet / gundem

Göyçayda şəhid ailəsinə qarşı daha bir  biganəlik-Şəhid Fərid Nadirovun atası problemləri ilə bağlı prezidentə müraciət etdi

Göyçay rayonundan şəhid Fərid Nadirovun atası Üngüllü kənd sakini Nadirov İlyas Şirməmməd oğlu yaşadığı problemlə bağlı ölkə başçısına və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib. Xəbərdar.net-ə daxil olan müraciətdə deyilir:

“Göyçay rayonunda özbaşınalıq baş alıb gedir. Rayonda həll edilməyən problemlərə görə, sakinlər çox əziyyət çəkirlər.
Mən Vətən müharibəsində şəhid olmuş Fərid Nadirovun atasıyam. Fərid mənim yeganə övladım idi. İçməli suyun olmamasına görə çox əziyyət çəkirəm. Hansı ki, evimə yaxın, həmişə bol suyu olan arteyzan quyusunda su yoxa çıxıb. İndi təxminə 800 metr aralıda olan arteyzan quyusundan işlətmək üçün əlimizlə su daşıyırıq.
Qeyd edim ki, mən illər öncə ehtiyatsızlıq ucbatından ağacdan yıxılmışam. Nəticədə sağ qolum sınıb. Həmin qolumda problem yaranıb. Tam olaraq normal fəaliyyət göstərmir. Sınıq qolla su daşımaq çox əziyyət çəkirəm.
Su probleminin həll edilməsi üçün bir neçə dəfə Göyçay rayon İcra Hakimiyyətinin başçısına, Göyçay rayon Su Kanal İdarəsinin rəhbərliyinə müraciət etmişəm. Problem tezliklə həll ediləcək deyə-deyə hər dəfə məni aldadıblar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən və birinci vitse-prezident Mehriban xanım Əliyevadan kömək istəyirəm.
Hörmətli Prezident, hörmətli Mehriban xanım göydə Allaha yerdə ancaq sizə ümüd edirəm. Xahiş edirəm su problemimin həll edilməsində mənə köməklik göstərəsiniz.

Əlavə olaraq qeyd edək ki, Şəhidimiz Nadirov Fərid İlyas oğlu. Fərid 21 sentyabr 2000-ci ildə rayonun Üngütlü kəndində dünyaya göz açıb. Orta məktəb təhsilini Göyçay şəhər 1 nömrəli məktəbində alıb. Daha sonra Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecinə daxil olub. 2019-cu ilin iyul ayının 3-də həqiqi hərbi xidmətə yola düşüb. 27 sentyabr 2020-ci il tarixindən başlayaraq Vətən müharibəsində torpaqlarımızın tam olaraq işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şiddətli döyüşlər zamanı 9 oktyabr tarixində Suqovuşan istiqamətində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Şəhidimizin nəşi noyabrın 28-i ailəsinə təhvil verilib və Göyçay Şəhidlər xiyabanında dəfn olunub.
O, nişanlı idi. Hərbi xidməti tam olaraq bitirdikdən sonra geri qayıdınca toy etmək istəyirdi. Amma onun bu arzusu reallaşmayaraq yarımçıq qaldı.

Allah rəhmət etsin!

Şəhid ailəsinin əlaqə telefonu; (051) 732-23-18

P,S Ümid edirik ki, aidiyyatı qurumlar şəhidimizin atasının probleminə biganə qalmayacaqlar.
Xeberdar.net olaraq mövzunu gündəmdə saxlayacağıq.

Göyçayda şəhid ailəsinə qarşı daha bir  biganəlik-Şəhid Fərid Nadirovun atası problemləri ilə bağlı prezidentə müraciət etdi

XƏBƏR LENTİ