ABŞ generalı Bakıya niyə gəlib? - ŞƏRH

ABŞ generalı Bakıya niyə gəlib? - ŞƏRHAzərbaycan ordusu NATO standartlarına keçidi sürətləndirməyi qarşıya məqsəd qoyub.

ABŞ-ın Oklahoma Ştatının Milli Qvardiyasının komandanı general-mayor Maykl Tompsonun başçılıq etdiyi nümayəndə heyəti Bakıdadır.

Tompson müdafiə naziri Zakir Həsənov və Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudovla görüşüb, ikitərəfli əlaqələr müzakirə edilib.

Oklahoma Milli Qvardiyası Quru Qoşunları və Hava Qüvvərindən ibarətdir. ABŞ-ın 50 ştatında fəaliyyət göstərir.

ABŞ da Milli Qvardiyanın fəaliyyəti və dövlət missiyası müsbət xarakterizə edilir.

İndi Azərbaycan tərəfi həmin komandanlığın təcrübələrini öyrənir və həmin iş prinsiplərini orduya tətbiq edəcəyi qətiləşir.

Azərbaycan Silahlı Qüvvələri ilə ABŞ Avropa Komandanlığı arasında hərbi əməkdaşlıq üzrə İş Planı mövcuddur, həmin sənəd 2007-ci ilin sentyabrında imzalanıb.

Amma görünür ki, İş Planının müddəalarından irəli gələn vəzifələrin icrasında problemlər var və ya icra vəziyyəti ürəkaçan deyil.

Tompson-Mahmudov görüşündə Ştatla tərəfdaşlıq proqramı əsasında Azərbaycan ordusunun və Oklahoma ştatının Milli Qvardiyasının müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığının yeni istiqamətləri müəyyən olunub, birgə layihələr müzakirə olunub.

Bildirək ki, Ştatla tərəfdaşlıq proqramı həmin İş Planında əksini tapıb. Bu proqram hərbçilər və mülki şəxslər, eləcə də mülki orqanlar arasında qarşılıqlı fəaliyyətdə tərəflərə təcrübə mübadiləsi imkanı yaradır.

Proqramın məqsədi mülki-hərbi əlaqələrin təkmilləşdirilməsindən, regional təhlükəsizlik sahəsində əməkdaşlıq səviyyəsinin yüksəldilməsindən, peşəkar çavuşların hazırlanmasından, ABŞ və NATO ilə qarşılıqlı uyğunluq səviyyəsinin artırılmasından ibarətdir.

Ştatla Tərəfdaşlıq Proqramındakı tədbirlər illik Hərbi Əlaqələr Planına tam olaraq daxil edilir.

Yəni, postmünaqişə dövründə həmin İş Planının icrası aktuallaşıb. Ona görə ki, bu, Azərbaycan ordusunun NATO standartlarına böyük miqyasda keçidi üçün lazımdır.

ABŞ-Azərbaycan illik hərbi əlaqələrində dinamika müşahidə ediləcək, çünki Bakı nəzəri deyil, praktiki müstəvidə iş ortaya qoymağı hədəfləyib.(oxu.az)

ABŞ generalı Bakıya niyə gəlib? - ŞƏRH

  • 29-07-2021, 17:21
  • 221


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Ağdam rayon İcra Hakimyyətinin başçısı şəhidin qardaşını işdən çıxardı
  2. Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB
  3. MTN GENERALININ RÜŞVƏT ALDIĞI ŞƏXSLƏRİN ADLARI AÇIQLANDI - Siyahı
  4. Prokurorluq Gəncədəki ölüm hadisəsi ilə bağlı məlumat yayıb
  5. “Azərişıq”in əməkdaşını cərəyan vurub öldürdü
  6. İrəvanda Türkiyə bayrağı gəzdirənlər iranlı çıxdı?..- Ermənistan polisi...
  7. Araik Xocalı ərazisində sement zavodu acdı... YENİLƏNİB-FOTOLAR+VİDEO
  8. Sumqayıtda üçüncü dəfə evdən gedən gənc ana iki ay sonra Bakıda tapılıb
  9. Sabah Bakıda hava küləkli olacaq - Dağlıq rayonlara yağış yağacaq
  10. Sabunçunu daha kimlər TALAYIR... - İTTİHAM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI