Deputat Eldəniz Səlimov polisi döyüb, hadisə ilə bağlı Baş Prokurorluğa müraciət olunub - RƏSMİ

772 30-07-2021, 11:38 hadise

Deputat Eldəniz Səlimov polisi döyüb, hadisə ilə bağlı Baş Prokurorluğa müraciət olunub - RƏSMİ

Deputat Eldəniz Səlimov polisi döyüb, hadisə ilə bağlı Baş Prokurorluğa müraciət olunub - RƏSMİEldəniz Səlimov
Daxili İşlər Nazirliyi iyulun 29-da Xaçmaz rayonunda Milli Məclisin deputatı Eldəniz Səlimovun Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirməsi faktına münasibət bildirib.

"Report"un sorğusuna cavab olaraq nazirliyin Mətbuat xidmətindən belə bir hadisənin baş verdiyi təsdiqlənib.

Bildirilib ki, insident iyulun 29-da gecə 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində, deputat Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində qeydə alınıb: "Eldəniz Səlimov karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Bu fakt üzrə tərəfimizdən araşdırma aparılıb və materiallar araşdırılması üçün Baş Prokurorluğunun İstintaq İdarəsinə göndərilib".

Qeyd edək ki, E.Səlimov 1976-cı il oktyabrın 2-də Xaçmaz şəhərində anadan olub. 1993-1998-ci illərdə Dağıstan Dövlət Universitetində iqtisadiyyat ixtisası üzrə təhsil alıb. 2015-ci ildən Milli Məclisin deputatıdır.

XƏBƏR LENTİ