Azərbaycanda 100-dən çox şəxsə saxta koronavirus sənədi satan vəzifəli şəxs həbs olundu - RƏSMİ

Azərbaycanda 100-dən çox şəxsə saxta koronavirus sənədi satan vəzifəli şəxs həbs olundu - RƏSMİ

“ƏSR” və “ARKAN TOUR” MMC-lərin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, aparılan ibtidai istintaqla “ƏSR” MMC-nin direktoru Əsgər Bayramovun “ARKAN TOUR” MMC-nin direktoru Tünzalə Əliyeva və istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olaraq tanışı Seymur Mürsəlovun xahişi ilə 101 nəfər şəxsin Gəncə Beynəlxalq Hava Limanından Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səyahət etməsini təşkil etmək məqsədilə həmin şəxslərin tibbi müayinədən keçmədən tibb müəssisələrindən verilməsi görüntüsünü yaradan COVID-19 testinin nəticələrinə dair saxta sənədləri hazırlayıb ümumilikdə 12 min 120 manata satmasına, eləcə də həmin hərəkətləri ilə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranıb.

Qeyd edilənlərə əsasən, Əsgər Bayramov və Tünzalə Əliyevaya Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 320.1 (rəsmi sənədləri qanunsuz hazırlama və satma) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan edilmiş, Əsgər Bayramovun barəsində məhkəmənin qərarı ilə həbs, Tünzalə Əliyeva barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu vətəndaşlara müraciət edərək koronavirus əleyhinə peyvənd vurulması, habelə COVID-19 testinin nəticələri ilə bağlı vətəndaşlara saxta sənəd verilməsi halları ilə üzləşdikdə “961” nömrəli “Çağrı Mərkəzi”, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161” nömrəli “Qaynar xətt” əlaqə mərkəzi, o cümlədən Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələri vasitəsilə məlumat verilməsini xahiş edir.

Azərbaycanda 100-dən çox şəxsə saxta koronavirus sənədi satan vəzifəli şəxs həbs olundu - RƏSMİ

  • 30-07-2021, 11:41
  • 215


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. YASAMALI QARIŞ-QARIŞ SATAN ELŞAD HƏSƏNOVUN KORRUPSİYA ƏMƏLLƏRİ- VİDEO ARAŞDIRMA
  2. Ağdaşda 430 çətənə kolu məhv edilib - FOTO
  3. Ağdamda ekskavator minaya düşdü, bir nəfər ağır yaralandı...
  4. Rusiyadakı parlament seçkisinin ilkin nəticələri - Sensasiya olmadı
  5. Müəllimlərin maaşı yeni qaydada hesablanacaq
  6. Bakıya qarşı hiyləgər plan - “sülh istəyən” Paşinyan öldürülə bilər
  7. İrandan gətirilən kartov Azərbaycana buraxılmadı - SƏBƏB
  8. Prokuror AXCP sədrinin mühafizəçisinə 15 il cəza istədi
  9. Ərdoğan BMT-də həm də bu dövlətlər üçün ədalət tələb etdi - ŞƏRH
  10. Azərbaycanda 33 yaşlı kişi minaya düşdü - YENİLƏNİB
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI