Sürücüsü Xanhüseyn Kazımlının maşınına yaxınlaşan salfet satan azyaşlı qızı döydü - 90 AA 388

Sürücüsü Xanhüseyn Kazımlının maşınına yaxınlaşan salfet satan azyaşlı qızı döydü - 90 AA 388Sabiq deputat, Sosial Rifah Partiyasının keçmiş sədri Xanhüseyn Kazımlının sürücüsü tərəfindən azyaşlı qıza qarşı zor tətbiq edilib.

Hadisə iyulun 29-da axşam saatlarında Təhsil Nazirliyinin yaxınlığında yerləşən restoranların birinin qarşısında baş verib. Belə ki, 99 AA 388 dövlət nömrə nişanlı, “Range Rover” markalı maşında əyləşən sabiq deputat ona salfet satmaq istəyən azyaşlıyla mübahisə edib. Daha sonra sərnişinin göstərişiylə hadisəyə maşını idarə edən sürücü müdaxilə edib və azyaşlını döyüb.

Şahidlərdən biri azyaşlıya qarşı yol verilmiş zorakılıqla bağlı Nərimanov rayonu 18-ci polis bölməsinə ərizə ilə müraciət edib.

“Qafqazinfo” məsələylə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətiylə əlaqə saxlayıb. Hadisə təsdiqlənib və nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, azyaşlı qız 99 AA 388 dövlət nömrə nişanlı “Range Rover” markalı, Məmmədov Samir Həsən oğlunun idarə etdiyi maşına piyada qismində yaxınlaşıb: “Əvvəlcə maşında sərnişin qismində olan şəxs azyaşlı ilə mübahisə edib. Daha sonra sürücü maşından düşərək azyaşlıya müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Məsələylə bağlı Nərimanov rayonu 18-ci polis bölməsində təhqiqat aparılır”.

Xatırladaq ki, bir neçə il əvvəl Milli Məclisin deputatı Rasim Musabəyov da "Azneft" meydanı yaxınlığında yeraltı keçiddə popkorn satan uşağın piştaxtasını götürməyə nail olması ilə gündəmə gəlmişdi. Buna görə o sosial şəbəkə istifadəçilərinin sərt qınağıyla üzləşmişdi.

Qeyd edək ki, X. Kazımlı İmişli rayonundan millət vəkili seçilmişdi. O, 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci çağırış Milli Məclisin deputatı olub.

Sürücüsü Xanhüseyn Kazımlının maşınına yaxınlaşan salfet satan azyaşlı qızı döydü - 90 AA 388

  • 31-07-2021, 10:02
  • 449


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Masallıda “Sirr-M”MMC -yə məxsus yük maşınları Viləşçayın hövzəsindən torpaq və çaylaq daşlarının qanunsuz daşınmasını həyata keçirir
  2. “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyi yeniyetmə və gənc üçün ustad dərslərinə start verdi
  3. Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi sənədli film çəkir
  4. Meksikada zəlzələ baş verib
  5. Valideyn himayəsindən məhrum olmuş 29 ukraynalı uşaq Azərbaycana gətirilib
  6. Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb
  7. İranın Ukraynadakı səfirinin akkreditasiyası ləğv edilib
  8. Uqandada eboladan 11 nəfər ölüb
  9. Bakıda minik avtomobili yandı - 1 nəfər zəhərləndi
  10. İraqın şimalında 7 terrorçu zərərsizləşdirilib
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI