Azərbaycan XİN Ermənistan XİN-ə cavab verib

Azərbaycan XİN Ermənistan XİN-ə cavab verib"Ermənistan XİN-in 30 iyul 2021-ci il tarixli açıqlaması Azərbaycana qarşı növbəti cəfəng və yalan ittihamları əks etdirir. 30 ilə yaxın Azərbaycana qarşı təcavüzkar siyasəti həyata keçirən Ermənistan bu gün də beynəlxalq hüquqa zidd mövqe nümayiş etdirir, iki dövlətin sərhədinin delimitasiyası prosesinə yox deyir, üçtərəfli bəyanatların icrasına maneə törədir".

“Report” xəbər verir ki, bunu Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva deyib.

"Deeskalasiya istəyən ölkə nədən sərhəd boyu Azərbaycan mövqelərini davamlı atəşə tutur? Niyə sərhəd məsələsinin dialoq yolu ilə həlli çağırışlarına qarşılıq vermir?!

Cavabı bizə bəllidir, çünki Ermənistan Azərbaycana qarşı hələ də ərazi iddiaları ilə çıxış edir, Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdiyini qəbul etmək istəmir. Ermənistan tərəfinin diqqətinə çatdırırıq ki, bölgədə sülhün təmin olunması ölkələrin suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığı prinsiplərinə riayət olunması əsasında həyata keçirilə bilər. Dayanıqlı sülh yalnız beynəlxalq hüquqa hörmət əsasında təmin oluna bilər. Azərbaycan artıq 30 ildir ki, bu mövqeyi bəyan edir və onu rəhbər tutur", - XİN rəsmisi vurğulayıb.

Azərbaycan XİN Ermənistan XİN-ə cavab verib

  • 31-07-2021, 12:31
  • 219


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. YASAMALI QARIŞ-QARIŞ SATAN ELŞAD HƏSƏNOVUN KORRUPSİYA ƏMƏLLƏRİ- VİDEO ARAŞDIRMA
  2. Ağdamda ekskavator minaya düşdü, bir nəfər ağır yaralandı...
  3. Rusiyadakı parlament seçkisinin ilkin nəticələri - Sensasiya olmadı
  4. Müəllimlərin maaşı yeni qaydada hesablanacaq
  5. Bakıya qarşı hiyləgər plan - “sülh istəyən” Paşinyan öldürülə bilər
  6. İrandan gətirilən kartov Azərbaycana buraxılmadı - SƏBƏB
  7. Prokuror AXCP sədrinin mühafizəçisinə 15 il cəza istədi
  8. Ərdoğan BMT-də həm də bu dövlətlər üçün ədalət tələb etdi - ŞƏRH
  9. Azərbaycanda 33 yaşlı kişi minaya düşdü - YENİLƏNİB
  10. Ərdoğanın Moskva səfərinin tarixi AÇIQLANDI
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI