MÖVQELƏRİMİZ ATƏŞƏ TUTULDU - Naxçıvan və Kəlbəcər istiqamətində

601 7-08-2021, 13:00 cemiyyet

MÖVQELƏRİMİZ ATƏŞƏ TUTULDU - Naxçıvan və Kəlbəcər istiqamətindəAvqustun 6-sı saat 19:05, 23:30 və 23:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Basarkeçər rayonunun Yuxarı Zağalı və Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad, Kəlbəcər rayonunun İstisu və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır

XƏBƏR LENTİ