Türkiyədə sel fəlakətində ölənlərin sayı 40-a çatıb

493 14-08-2021, 10:32 dunya

Türkiyədə sel fəlakətində ölənlərin sayı 40-a çatıbTürkiyədə sel fəlakəti nəticəsində ölənlərin sayı 40-a yüksəlib.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, Kastamonu şəhərində 34, Sinopda isə 6 nəfər həyatını itirib.

Hazırda itkin düşən 1 nəfərin axtarışları davam etdirilir.

Qeyd edək ki, Türkiyənin Qara dəniz sahillərində yerləşən Kastamonu, Bartın və Sinop şəhərlərində leysan yağışları nəticəsində sel fəlakəti yaşanıb. Genişmiqyaslı dağıntılar baş verib, şəhərlərə böyük ziyan dəyib.

XƏBƏR LENTİ