"Vətəndaş ölkə ərazisində sərbəst hərəkət etmək istəyirsə mütləq vaksinasiyadan keçməlidir" - DİN rəsmisi

527 20-08-2021, 12:19 cemiyyet

"Vətəndaş ölkə ərazisində sərbəst hərəkət etmək istəyirsə mütləq vaksinasiyadan keçməlidir" - DİN rəsmisi“Xırda tutumlu ticarət obyektlərində COVID-19 pasportu tələb olunmur”.

Xeberdar.net məlumat verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, vətəndaş ölkə ərazisində sərbəst hərəkət etmək istəyirsə mütləq vaksinasiyadan keçməlidir:

“Bu, həm vətəndaşın tibbi sağlamlığını, həm də vətəndaşı qanunu pozmadan qoruyur”.

DİN rəsmisi qeyd edib ki, metroda indiki vəziyyət sabitdir: "Orada vaksinasiya ilə bağlı hər hansı bir tələb yoxdur".

Xeberdar.net

XƏBƏR LENTİ