Sabirabadda ər arvadını, qayınatasını və özünü öldürüb

373 21-08-2021, 09:05 ---

Sabirabadda ər arvadını, qayınatasını və özünü öldürübSabirabadda güllələnmə hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Əsgərbəyli kəndində qeydə alınıb.

Saatlı rayon sakini, 1963-cü il təvəllüdlü Məhərrəmov Nizam Qaraoğlan oğlu ov tüfəngi ilə həyat yoldaşı, Əsgərbəyli kənd sakini, 1976-cı il təvəllüdlü Məhərrəmova Ruhiyyə Əmirxan qızını və qayınatası, 1938-ci il təvəllüdlü Əflatunov Əmirxan Əlibala oğlunu, sonra isə özünü öldürüb.

İlkin məlumata görə, N.Məhərrəmovla həyat yoldaşı arasında söz-söhbət yaranıb və R.Məhərrəmova atasının evinə gedib. N.Məhərrəmov həyat yoldaşını evə qaytarmaq üçün qayınatasıgilə gedib və ağır cinayəti törədib.

Faktla bağlı araşdırma aparılır.

Xeberdar.net

XƏBƏR LENTİ