QHT-lər niyə qrant ala bilmir? - Maliyyə Nazirliyindən açıqlama

662 25-08-2021, 17:30 cemiyyet

QHT-lər niyə qrant ala bilmir? - Maliyyə Nazirliyindən açıqlama"2021-ci il üzrə dövlət büdcəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə qeyri-hökumət təşkilatlarının qrant layihələrinin maliyyələşdirilməsi üçün 4 mln. 395 min manat vəsaitin ayrılması nəzərdə tutulub. Lakin təsdiq olunmuş büdcənin icrası ilə bağlı bu günədək bu işə cavabdeh qurum tərəfindən Maliyyə Nazirliyinə hər hansı müraciət və ya sifariş daxil olmayıb".

Bunu "AzPolitika.info" saytına açıqlamasında Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev bildirib. "Bildiririk ki, qrant layihələrinin maliyyələşdirilməsi üzrə müvafiq sifarişlər cavabdeh qurum tərəfindən Maliyyə Nazirliyinə daxil olan kimi ayrılacaq vəsaitin icrası qununvericiliyə uyğun olaraq xəzinədarlıq orqanları tərəfindən həyata keçiriləcək", - deyə o qeyd edib.

Xatırladaq ki, sosial şəbəkələrdə və bəzi media orqanlarında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə ayrılmış büdcə vəsaitlərinin Maliyyə Nazirliyi tərəfindən köçürülümədiyi barədə məlumatlar yayılıb.

Xeberdar.net

XƏBƏR LENTİ