Ağdaşda yol qəzası olub: Xəsarət alanlar var

747 28-08-2021, 11:00 bolge

Ağdaşda yol qəzası olub: Xəsarət alanlar var


Ağdaş rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası olub.

Belə ki, birinci Aral kəndi ərazisində Şəmsabad kənd sakini Aydın Əliyevin idarə etdiyi “VAZ-21099” markalı avtomobillə Yuxarı Ləki kənd sakini Həsrət Məmmədovun idarə etdiyi “VAZ-2101” markalı avtomobil toqquşub.

Nəticədə “VAZ-21099”da olan üç nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: APA

XƏBƏR LENTİ