“Azəriqaz” Ramiz Mehdiyevi cərimələdi: İllərdir villasının qaz pulu borcunu verməyib

539 31-08-2021, 10:21 cemiyyet

“Azəriqaz” Ramiz Mehdiyevi cərimələdi: İllərdir villasının qaz pulu borcunu verməyibPrezident Administrasiyasının sabiq rəhbəri, Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev “Azəriqaz” İstehsalat Birliyinin (İB) əməkdaşları tərəfindən cərimələnib.

Hurriyyet.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Ramiz Mehdiyev Novxanıda yerləşən villasının qaz borcunu illərdir ödəməyib.

Bu müddət ərzində “Azəriqaz” əməkdaşları mavi yanacağa görə borcun miqdarını hesablaya bilməyiblər. Çünki sayğaç içəridə quraşdırılıb və onların villaya daxil olmasına icazə verilməyib.

Məlumata görə, bu günlərdə “Azəriqaz” rəhbərliyinin göstərişi ilə R.Mehdiyevin villasına daxil olan əməkdaşlar PA-nın sabiq rəhbərinin 16 min manat həcmində cərimələyiblər.

XƏBƏR LENTİ