“NƏ PAŞİNYAN GƏLƏCƏK, NƏ DƏ PARLAMENT SƏDRİ...” – “Bakı bununla bağlı qadağa qoyub”

540 31-08-2021, 16:09 cemiyyet

“NƏ PAŞİNYAN GƏLƏCƏK, NƏ DƏ PARLAMENT SƏDRİ...” – “Bakı bununla bağlı qadağa qoyub”Rusiya “sülhməramlıları” isə separatçıları “müstəqillik günü”nü qeyd etmək üçün İrəvandan nümayəndə heyəti gətirməyə təhrik edir

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdəki separatçılar sentyabrın 2-də “müstəqillik günü” qeyd etməyə hazırlaşırlar.

“AzPolitika.info” xəbər verir ki, bununla bağlı erməni mətbuatında və sosial şəbəkəlrədə yayılan məlumatlarda bu ilki “bayram”ın ötən ilkilərlə müqayisədə xeyli sönük keçəcəyi qeyd olunur.

Xüsusilə də “müstəqilliyin” 30 illiyi ilə bağlı keçiriləcək tədbirlərə İrəvandan yüksək səviyyəli nümayəndə heyətinin gəlməyəcəyinə dair xəbərlər məyusluqla qarşılanır.

“Qraparak” qəzetinin bu mövzuyla bağlı yayımladığı məqalədə qeyd olunur ki, əvvəlki illərdən fərqli olaraq, nə Baş nazirin, nə də parlament sədrinin Xankəndinə gedəcəyi gözlənilmir: “”Dağlıq Qarabağ” rəhbərliyi əlindən gələn hər şeyi edir ki, sentyabrın 2-də keçiriləcək təntənəli tədbirlərdə İrəvandan yüksək səviyyəli nümayəndə heyəti iştirak etsin”.

Lakin qəzetin yazdığına görə, Ermənistan hakimiyyəti qətiyyən Xankəndinə getmək həvəsilə alışıb yanmır: “Belə ki, 44 günlük müharibədən sonra Bakı bununla bağlı dəqiq tələb və faktiki qadağa qoyub”.

Məqalədə xatırladılır ki, hələ cari ilin yanvarında Ermənistanın o vaxtkı Xarici İşlər naziri Ara Ayvazyanın Qarabağa səfəri rəsmi Bakı tərəfindən kəskin etirazla qarşılnmış və qanunsuz hesab olunmuşdu.

Qəzet yazır ki, qondarma rejimin bütün tələb, təkid və xahişlərinə rəğmən, sentyabrın 2-də İrəvandan yalnız “sıravi parlament deleqasiyası” gələcək.

Həmçinin qeyd olunur ki, Baş nazir Nikol Paşinyan artıq məzuniyyətə çıxıb, parlamentin spikeri Alen Simonyan isə sentyabrın 2-də Avstriyada səfərdə olacaq. Qəzet yazır ki, spiker heç Avstriyaya səfər etməsəydi belə, sentyabrın 2-də Xankəndinə getməyəcəkdi.

Bununla yanaşı, Qarabağa hakim partiyadan parlamentin vitse-spikeri Ruben Rubinyanın rəhbərliik etdiyi nümayəndə heyətinin, müxalifətdən isə sabiq Milli Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanetsyanın gedəcəyi gözlənilir.

Göründüyü kimi, İrəvandan separatçıların təşkil etdiyi tədbirə ən yüksək səviyyədə olmasa da, hansısa rəsmi nümayəndə heyəti göndəriləcək. Hansı ki, ümumiyyətlə Azərbaycanın suveren ərzisində belə bir tədbirin keçirilməsinin özü, eləcə də Ermənistandan oraya rəsmi heyət göndərilməsi qanunsuzdur və bunu ilk növbədə rusiyalı “sülhməramlılar” nəzərə almalıdırlar. Ancaq görünən odur ki, “sülhməramlılar” nəinki belə tədbirlərin qarşısını almır, əksinə, separatçıların quldurbaşılarını İrəvandan daha yüksək səviyyəli nümayəndə heyəti dəvət etməyə, gətirməyə təhrik edirlər.

C.Məmmədov

“AzPolitika.info”

XƏBƏR LENTİ