“AS GROUP”-un “MİSİLSİZ XEYRİYYƏÇİLİYİ”... - 100 milyonluq borcu bir mənzillə “silmək” olarmı?

“AS GROUP”-un “MİSİLSİZ XEYRİYYƏÇİLİYİ”... - 100 milyonluq borcu bir mənzillə “silmək” olarmı?Ötən gün bir sıra mətbu orqanlarda Azərbaycanın ən böyük tikinti şirkətlərindən olan “AS Group Investment”-in bir şəhid ailəsinə özünə aid yeni yaşayış binalarının birindən 3 otaqlı mənzil bağışladığna dair məlumat yayıldı. (R) işarəsilə, yəni reklam xarakterli bu məlumatda qeyd olunurdu ki, şirkət özünün inşa etdiyi Göl-Park Yaşayış Kompleksindəki mənzillərdən birini kirayədə yaşayan şəhid ailəsinə verib.


Təbii ki, bu, olduqca təqdirəlayiq haldır və şirkətin bir şəhid ailəsilə bağlı xeyriyyəçiliyi yalnız alqışlana bilər. Baxmayaraq ki, böyük kapitala malik və milyonlarla dəyəri olan layihələrdə iştirak edən tikinti şirkətinin bir şəhid ailəsinə mənzil verdiyini reklam etməsi o qədər də xoş təsir bağışlamır. Ancaq hər necə olsa, “AS Group Investment”-ə bu addımına görə təşəkkür düşür...

Lakin bütün bunlarla yanaşı, təəssüf ki, sözügedən şirkət xeyriyyəçiliyindən daha çox böyük hay-küyə səbəb olan “Bank Standard”-ın müflisləşməsi işindəki “payına” görə tanınır. Xatırladaq ki, “Bank Standard”ın lisenziyası 2016-cı ildə ləğv edilib. Bankın müflis elan olunması dövlətə və əmanətçilərə yüz milyonlarla dollar ziyan vurub. Və təəssüf ki, bankın bu vəziyyətə düşməsində “AS Group Investment”-in də böyük payı var.
“AS GROUP”-un “MİSİLSİZ XEYRİYYƏÇİLİYİ”... - 100 milyonluq borcu bir mənzillə “silmək” olarmı?
Bir neçə il əvvəl əmanətçilər pullarının qaytarılmamasına görə etirazlara başlayanda bu bankdan on milyonlarla kredit götürüb, qaytarmayan şəxslərlə bağlı məsələ gündəmə gəlmişdi.

Hələ 2017-ci ildə onların sırasında sözügedən şirkətin adı çəkilirdi və bildirilirdi ki, “AS GROUP”-un banka 100 milyon manat borcu var və bu pul şirkətə heç bir girov təminatı olmadan verilib. Lakin “AS Group Investment” şirkəti borc məbləğinin 100 milyon yox, 77 milyon 750 min olduğunu, həmçinin, kreditin girov müqabilində verildiyini açıqlamışdı. Ancaq sonradan məlum oldu ki, girov qoyulduğu barədə deyilənlər təsdiqini tapmır.
“AS GROUP”-un “MİSİLSİZ XEYRİYYƏÇİLİYİ”... - 100 milyonluq borcu bir mənzillə “silmək” olarmı?
Ötən ay isə məlum oldu ki, kredit hələ də qaytarılmayıb. Bu üzdən hətta Əmanətlərin Sığortalanması Fondu məhkəmədə şirkətə qarşı iddia qaldırmaq məcburiyyətində qalıb. İddiaçı tərəfinin tələb etdiyi məbləğin isə 100 milyon manat civarında olduğu bildirilir.

2019-cu ilə qədər “Bank Standard”ın Kreditorlar Komitəsinin sədri olmuş vəkil Əkrəm Həsənov mətbuata açıqlamalarının birində demişdi ki, bu kreditin müqabilində bir sıra daşınmaz əmlakların girov qoyulması şirkətin bəyanatında qeyd olunsa da, ortada heç bir fakt-sübut yoxdur: “Kreditorlar Komitəsinin sədri kimi, mənim sənədlərə çıxışım vardı. Mən sənədlərdə bu kreditə görə qanunvericiliyə uyğun rəsmiləşdirilmiş girov görməmişdim…”

Onu da qeyd edək ki, bankın lisenziyası ləğv olunanda orada pulu olanlar arasında sıravi vətəndaşlarla yanaşı, Dövlət Neft Şirkəti də olub. Bu, o deməkdir ki, “AS GROUP” faktiki olaraq, dövlətin və vətəndaşların 100 milyon manata yaxın vəsaitinə bank vasitəsilə yiyələnib və 5 ildən artıqdır ki, onu qaytarmaq barədə düşünmür. Hansı ki, bu vəsaitə bir yox, minlərlə şəhid ailəsinə mənzil tikmək olardı…

Bütün bunlar nəzərə alındıqda, dövlətin, vətəndaşın 100 milyona yaxın vəsaitini məlum yolla alıb qaytarmayan belə bir şirkətin şəhid ailəsinə maya dəyəri hardasa 50-60 min manat olan mənzil bağışlamasını az qala “misilsiz xeyriyyəçilik aktı” kimi təqdim və reklam etməsi yumşaq desək, qeyri-etik, loru dildə desək “hamam suyu ilə özünə dost tutmaq” kimi görünür.

C.Məmmədov

“AzPolitika.info”

“AS GROUP”-un “MİSİLSİZ XEYRİYYƏÇİLİYİ”... - 100 milyonluq borcu bir mənzillə “silmək” olarmı?

  • 1-09-2021, 15:05
  • 382


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Ağdam rayon İcra Hakimyyətinin başçısı şəhidin qardaşını işdən çıxardı
  2. Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB
  3. MTN GENERALININ RÜŞVƏT ALDIĞI ŞƏXSLƏRİN ADLARI AÇIQLANDI - Siyahı
  4. Prokurorluq Gəncədəki ölüm hadisəsi ilə bağlı məlumat yayıb
  5. “Azərişıq”in əməkdaşını cərəyan vurub öldürdü
  6. İrəvanda Türkiyə bayrağı gəzdirənlər iranlı çıxdı?..- Ermənistan polisi...
  7. Araik Xocalı ərazisində sement zavodu acdı... YENİLƏNİB-FOTOLAR+VİDEO
  8. Sumqayıtda üçüncü dəfə evdən gedən gənc ana iki ay sonra Bakıda tapılıb
  9. Sabah Bakıda hava küləkli olacaq - Dağlıq rayonlara yağış yağacaq
  10. Sabunçunu daha kimlər TALAYIR... - İTTİHAM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI