Əfqanıstan uğrunda yeni mübarizə başlayır – Çin və Rusiya nə edəcək?

561 4-09-2021, 16:58 dunya

Əfqanıstan uğrunda yeni mübarizə başlayır – Çin və Rusiya nə edəcək?ABŞ prezidenti Co Bayden ölkəsinin Əfqanıstanı tərk etməsini əsas səbəbini belə izah etdi ki, Amerikanın başlıca məqsədi Əl-Qaidə terror təşkilatını bitirmək idi və buna nail olundu. Terrorçuların lideri də bir az sonra tapılaraq qətlə yetirildi. Ağ Ev sahibi Əfqanıstanı tərk etmənin başqa səbəbini də göstərdi: “Strateji rəqiblərimiz - Rusiya və Çin istəyirdilər ki, Amerika ordusu Əfqanıstandan çıxmasın və Vaşinqton milyardlarla dollar maliyyə xərcləməkdə davam etsin”.

Baydenin bu sözlərindən anlaşılır ki, Moskva və Pekin Amerikanın Əfqanıstanda müflisləşməsini və fiasokusunu arzulayırdı. Əslində Moskva və Pekin hər ikisinə nail oldu. Amerikanın Əfqanıstanda xərclədiyi yüz milyardlarla dollar nəticə vermədi və amerikalı hərbçilərin sürətli qaçışı superdövlətin imicinə mənfi təsir etdi. Bəziləri hətta sual edir ki, Amerika və NATO qüvvələri 20 ildə Əfqanıstanda nəticə əldə etməyərək hakimiyyəti mübarizə apardıqları terrorçu təşkilata təhvil veriblərsə Şimali Atlantika Bloku kimə və nəyə lazımdır?

ABŞ-la yanaşı Avropa İttifaqı da Əfqanıstan məsələsində Rusiya və Çindən şübhələnir. Avropa İttifaqının xarici siyasət məsələləri üzrə komissarı Jozep Borrel bildirib ki, Avropa İttifaqı Rusiya və Çinə Əfqanıstan üzərində nəzarət götürməyə imkan verməməlidir: “Moskva və Pekinə Kabulun sponsoru olmağa imkan verməməliyik”.

Borellə yanaşı digər avropalı rəsmilər də hesab edirlər ki, Moskva və Pekin Əfqanıstandakı siyasi vakuumu doldurmağa çalışacaqlar.

Bu arada, Avropa İttifaqı Əfanıstanla bağlı ABŞ və Mərkəzi Asiya ölkələri ilə yanaşı Türkiyə, İran, Pakistan və Hindistanla da dialoq aparacağını bəyan edib. Çünki bu ölkələrin də Əfqanıstandakı hadisələrə təsir gücü var.

Moskva və Pekin Brüsselin yanaşmasından narazıdır. Moskva və Pekin hesab edirlər ki, Qərb əvvəlkitək özündən uzaq ölkələri Qərb standartlarına tabe etdirmək istəyir və bu heç bir nəticə vermir. Moskva və Pekin bununla demək istəyirlər ki, Qərb Avsrasiya bölgəsinə demokratiya gətirə bilməyəcək.

Moskva və Pekinin məntiqinə görə, Avrasiya ölkələrini rahat buraxmaq lazımdır. Bu nə deməkdir? Yəni Qərb Avrasiya bölgəsindəki proseslərə qarışmasın, avtoritar rejimlərə toxunmasın, terrorçularla mübarizə aparmasın, insan haqlarının bərpasına çalışmasın. Bu məntiqlə əgər “Taliban” gələcəkdə də Əfqanıstanı qapalı ölkəyə çevirib sərt qanunlarla idarə edəcəksə, buna qarışmaq lazım deyil, qoy bildiklərini etsinlər. Bu “məntiqin” arxasında Rusiya və Çinin Əfqanıstandakı maraqlarının təminatı dayanır ki, buna Qərb ölkələri seyrçi qalmayacaqlar.

“Atlas” Araşdırmalar Mərkəzi

XƏBƏR LENTİ