Rövşən Lənkəranskinin “sağ əli” azadlığa çıxdı

618 7-09-2021, 11:36 cemiyyet

Rövşən Lənkəranskinin “sağ əli” azadlığa çıxdı
Azərbaycanlı qanuni oğru “Rufo Gəncinski” ləqəbli Ülfət Tağıyev dünən Rusiyada 8 illik həbsdən sonra azadlığa çıxıb.


“Qafqazinfo” xəbər verir ki, 2013-cü ildə Rusiyaya qanunsuz daxil olduqdan sonra saxlanılıb və kriminal aləm üzvü olmaqda ittiham edilərək 8 il müddətinə azadlıqdan məhrum edilib.

“Rufo Gəncinski” azadlığa çıxıb bu ölkəyə getdi - Video

Əldə etdiyimiz məlumata görə, dünən Rusiyadakı həbsxanada cəzasını tam çəkərək azadlığa çıxan “Rufo Gəncsinki” əvvəlcə Ukraynaya, oradan isə Dubaya gedib.

Mərhum qanuni oğru Rövşən Lənkəranskinin sağ əli olan “Rufo Gəncinski”nin yaxın həftələrdə oğru aləmində hərəkətə keçəcəyi ilə bağlı məlumatlar yayılır.

"Rufo Gəncinski"nin 2013-cü ildə Rusiyada saxlanılma anı:


Xeberdar.net

XƏBƏR LENTİ