Sabiq deputat vəfat etdi

Sabiq deputat vəfat etdiAzərbaycan Milli Məclisin sabiq deputatı, Yazıçılar Birliyinin üzvü, jurnalist, ədəbiyyatşünas, fəlsəfə doktoru Xeyrulla Əliyev vəfat edib.

Bu barədə Modern.az saytına mərhumun dostları məlumat veriblər.

Xeyrulla Salman oğlu Əliyev 1991-ci il noyabrın 26-da Azərbyacan Ali Sovetinin nəzdində yaradılan Milli Şuranın 50 üzvündən biri olub.

Qeyd edək ki, Milli Şuranın 50 üzvü XII çağırış Azərbaycan Ali Sovetinin 340 xalq deputatı arasından seçilmişdi. Həmin 50 deputatdan 25-i parlamentdəki kommunistlərin ("komblok"), 25-i isə demokratların ("demblok") nümayəndəsi idi.

O zaman Xeyrulla Əliyev Cəlilabad rayonundan deputat seçilmişdi. O, parlamentdə mədəniyyət və dini əqidə məsələləri daimi komissiya sədrinin müavini idi.

Xatırladaq ki, Milli Şura bir müddət sonra - 1992-ci ilin may ayının 18-də Azərbyacan Respublikasının Milli Məclisi adlandırılmış və ölkənin bütün ictimai-siyasi gündəminin aparıcı orqanına çevrilmişdi.

Kommunistlərdən və demokratlardan təşkil olunmuş 50 nəfərlik Milli Şura 1991-ci ildən 1993-cü ilin iyun qiyamına qədər Azərbyacan siyasi gündəmini müəyyən edən əsas orqan kimi yadda qalıb.

Tənqidçi, ədəbiyyatşünas, nasir və tərcüməçi kimi Azərbaycan dövri mətbuatında müntəzəm çıxış edən X.Əliyev bir çox tərcümə kitablarının da müəllifidir.

O, 2003-cü ildən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi idi. Hekayələri, tərcümələri, oçerkləri, ədəbi-tənqidi və publisist məqalələri, teatr və kino rəyləri, eləcə də tərcümələri dövri mətbuatda müntəzəm “Ə.Xeyri”, “Əli Xeyrəddinov”, “Xeyir Əliyev” və s. imza və təxəllüslərlə çap edilirdi.

X.Əliyev 20-dən artıq bədii filmin mətnini Azərbaycan dilinə çevirmişdi. O, Çingiz Aytmatovun “Dəniz kənarıyla qaçan alabaş”, “Gün var əsrə bərabər”, Nodar Dumbadzenin “Ağ bayraqlar” və s. əsərlərini Azərbaycan dilinə tərcümə etmişdi.

Sabiq deputat vəfat etdi

Xeberdar.net

Sabiq deputat vəfat etdi

  • 7-09-2021, 13:07
  • 138


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Bakı Avrasiya Universitetində tələbələrə yaradılan yeni fürsətlərdən danışılıb - FOTOLAR
  2. İRANDA TAXT-TAC DÖYÜŞLƏRİ BAŞLAYIB - Rəisinin administrasiyası islahatçıları "təmizləyiir"...
  3. Şok iddia: “Türkiyənin nüvə silahı...” - Yeni anlaşma balansı dəyişir
  4. Taleh Əliyev: “Nümayiş etdirdikləri birliyə görə xalqımıza minnətdarlığımı bildirirəm”
  5. Türkiyə hərb sənayesindən MÖHTƏŞƏM YENİLİK: SİHA-ların "gözündən" heçnə yayınmayacaq
  6. “NATO-nun qapıları Ukraynanın üzünə açıqdır” – ABŞ-ın Müdafiə naziri
  7. İctimai Birliklərin “ Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası Tarif Şurasının qərarına etiraz etdi- Mövqe
  8. "İcra məmuru bizi dövlətimizdən narazı salır..." - GİLEY
  9. “Gilan Holdinq”də kütləvi ixtisar DALĞASI - Qəbələnin yüzlərlə sakini işsiz qalıb...
  10. Sabahın hava proqnozu açıqlanıb
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI