Rusiyadan S-400 alınması bitmiş prosesdir - Çavuşoğludan ABŞ-a çağırış

423 8-09-2021, 09:45 dunya

Rusiyadan S-400 alınması bitmiş prosesdir - Çavuşoğludan ABŞ-a çağırışBirləşmiş Ştatlar bu faktı nəzərə almalıdır ki, Ankara tərəfindən Rusiyadan S-400 zenit-raket komplekslərinin (ZRK) alınması başa çatmış işdir.

Bu barədə sentyabrın 7-də Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu yerli «NTV» telekanalına müsahibəsində bəyan edib.

"ABŞ qəbul etməlidir ki, Rusiyadan S-400 alınması başa çatmış sövdədir" - Türkiyə dilomatiyasının başçısı jurnalistin Ankara ilə Vaşinqton arasında Rusiya ZRK sistemlərinin tədarükü ilə bağlı yaşanan böhran barədə sualına cavab verərkən qeyd edib.

Prezident Rəcəb Tayyip Ərdoğan avqustun axırında nəzərə çatdırıb ki, Türkiyə Rusiyadan bir vahiddən artıq hava hücumundan müdafiə sistemi almağa hazırdır, baxmayaraq ki, Ankara tərəfindən ilkin olaraq S-400 ZRK alınması NATO-da kəskin fikir ayrılığı yaradıb və ABŞ tərəfindən sanksiyalara səbəb olub.

Türkiyənin «NTV» telekanalına müsahibəsində Ərdoğan deyb ki, heç bir tərədüd keçirmədən yaxın gələcəkdə ikinci S-400 sisteminin əldə olunması barədə kontraktı imzalayar, əgər ki, Türkiyənin təhlükəsizliyi bunu tələb edərsə./AzPolitika.info

XƏBƏR LENTİ