İran-İraq sərhədində zəlzələ

572 9-09-2021, 08:37 dunya

İran-İraq sərhədində zəlzələ
İran-İraq sərhədində 4,5 maqnitudalı zəlzələ baş verib.

Bu barədə Xeberdar.net İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzinə istinadən xəbər verir.

Onun məlumatına görə, yeraltı təkanların episentri Kirmanşah vilayətinin Qəsrişirin bölgəsindən 45 kilometr məsafədə, ocağı isə 9 kilometr dərinlikdə olub.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

XƏBƏR LENTİ