
Qazax rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Belə ki, 1999-ci il təvəllüdlü Xaqan Qurbanov atası 1971-ci il təvəllüdlü Amil Qurbanovu bıçaqlayıb.
Hadisə A.Qurbanovun sərxoş halda evə gələrək arvadını döyməsi səbəbindən baş verib.
X.Qurbanov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.