ABŞ 20 il sonra 11 sentyabr hücumlarının qurbanlarını anır

587 11-09-2021, 09:23 dunya

ABŞ 20 il sonra 11 sentyabr hücumlarının qurbanlarını anır

Bu gün 20 il əvvəl ABŞ-da baş verən dəhşətli terror hücumlarının ildönümüdür. Faciə nəticəsində təxminən 3 min insan həyatını itirib.

Bununla əlaqədar olaraq ABŞ-da 11 sentyabr 2001-ci il hücumlarının qurbanlarının xatirəsinə ABŞ Prezidenti Co Baydenin iştirakı ilə bir sıra anım tədbirləri keçiriləcək.

Qeyd edilir ki, ənənəvi anım günü bu il siyasi məna qazanır, çünki 20 ildə ilk dəfə Əfqanıstanda “Taliban” hərəkatı yenidən hakimiyyətdədir. “Taliban” 2001-ci ildə hücuma cavabdeh olan “Əl-Qaidə” yaraqlılarını Vaşinqtona təhvil verməkdən imtina edib (bununla da müharibənin başlamasına səbəb olub).

Mənbə: TASS

XƏBƏR LENTİ