Mingəçevir polisindən əməliyyat: Saxlanılanlar var - FOTO

Mingəçevir polisindən əməliyyat: Saxlanılanlar var - FOTO


Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər ifşa edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə,
keçirilən əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş şəhər sakini İlkin Həsənov şübhəli şəxs qismində saxlanılıb.

Üzərinə keçirilən baxış zamanı ondan qurudulmuş marixuana, heroin və metamfetamin aşkarlanıb.

Davam etdirilən tədbirlərlə onun yaşadığı ünvana da baxış keçirilib və oradan 428 qram
qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.

Keçirilən digər bir əməliyyat tədbiri nəticəsində isə üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Ramiz Bayramov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilib.

Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub və faktlarla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslərin ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Mingəçevir polisindən əməliyyat: Saxlanılanlar var - FOTO
Mingəçevir polisindən əməliyyat: Saxlanılanlar var - FOTO
Mingəçevir polisindən əməliyyat: Saxlanılanlar var - FOTO
Mingəçevir polisindən əməliyyat: Saxlanılanlar var - FOTO
Mingəçevir polisindən əməliyyat: Saxlanılanlar var - FOTO

Mingəçevir polisindən əməliyyat: Saxlanılanlar var - FOTO

  • 11-09-2021, 10:00
  • 300


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Ağdam rayon İcra Hakimyyətinin başçısı şəhidin qardaşını işdən çıxardı
  2. Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB
  3. MTN GENERALININ RÜŞVƏT ALDIĞI ŞƏXSLƏRİN ADLARI AÇIQLANDI - Siyahı
  4. Prokurorluq Gəncədəki ölüm hadisəsi ilə bağlı məlumat yayıb
  5. “Azərişıq”in əməkdaşını cərəyan vurub öldürdü
  6. İrəvanda Türkiyə bayrağı gəzdirənlər iranlı çıxdı?..- Ermənistan polisi...
  7. Araik Xocalı ərazisində sement zavodu acdı... YENİLƏNİB-FOTOLAR+VİDEO
  8. Sumqayıtda üçüncü dəfə evdən gedən gənc ana iki ay sonra Bakıda tapılıb
  9. Sabah Bakıda hava küləkli olacaq - Dağlıq rayonlara yağış yağacaq
  10. Sabunçunu daha kimlər TALAYIR... - İTTİHAM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI