ABŞ Çinə qarşı koalisiya YARADIR

ABŞ Çinə qarşı koalisiya YARADIRABŞ-la Çin arasında geosiyasi mübarizə yeni mərhələyə qədəm qoyur.



Xeberdar.net-in xarici KİV-ə istinadən məlumatına görə, sentybarın 24-də QUAD (Təhlükəsizlik üzrə Dördtərəfli Dialoq) təşkilatının görüşü baş tutacaq.



ABŞ-da keçiriləcək görüşdə təşkilata üzv 4 ölkənin liderləri – ABŞ Prezidenti Co Bayden, Hindistan baş naziri Narendru Modi, Avstraliya baş naziri Skot Morrison və Yaponiya baş naziri Yoşihide Suqa iştirak edəcək.



QUAD Hindistan-Sakit Okean regionunda sabitliyin təminatı məqsədi ilə yaradıldığını elan netsə də, ekspert dairələri birliyin Çinin artan ambisiyalarını önləmək üçün yaradıldığını düşünür. Çinin Tayvan adasını hərbi yolla olsa belə özünə tabe etmək planı QUAD-ın yaradıılmasında əsas katalizator rolunu oynayıb. Co Bayden administrasiyası eyni zamanda, Çinin hərbi çevriliş baş verən Myanmada öz təsirini artırmasını, Şimali Koreyaya ballistik raket texnologiyaları ötürməsi, Mərkəzi Asiyada iqtisadi rıçaqları ələ almasından narahatdır.



Çinin ambisiyalarından narahat olan Avstraliya, Hindistan və Yaponiya da Vaşinqtonun Pekinə qarşı tutduğu kursa dəstək verir. Hindistanla Yaponiyanın Çinlə ərazi mübahisələrinin olması da QUAD-ın yaradılmasını aktual edən səbəblər sırasındadır.



Maraqlıdır ki, Hindistan baş naziri Modi QUAD-a alternativ kimi yaradılan və Çinin də üzv olduğu Şanxay Əəmkdaşlıq Təşkilatının iclasına qatılmaqdan imtina edib.

ABŞ Çinə qarşı koalisiya YARADIR

  • 14-09-2021, 15:05
  • 244


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Ağdam rayon İcra Hakimyyətinin başçısı şəhidin qardaşını işdən çıxardı
  2. Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB
  3. MTN GENERALININ RÜŞVƏT ALDIĞI ŞƏXSLƏRİN ADLARI AÇIQLANDI - Siyahı
  4. Prokurorluq Gəncədəki ölüm hadisəsi ilə bağlı məlumat yayıb
  5. “Azərişıq”in əməkdaşını cərəyan vurub öldürdü
  6. İrəvanda Türkiyə bayrağı gəzdirənlər iranlı çıxdı?..- Ermənistan polisi...
  7. Araik Xocalı ərazisində sement zavodu acdı... YENİLƏNİB-FOTOLAR+VİDEO
  8. Sumqayıtda üçüncü dəfə evdən gedən gənc ana iki ay sonra Bakıda tapılıb
  9. Sabah Bakıda hava küləkli olacaq - Dağlıq rayonlara yağış yağacaq
  10. Sabunçunu daha kimlər TALAYIR... - İTTİHAM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI