Bakının erməni-bolşevik işğalçılarından azad edilməsindən 103 il ötür

Bakının erməni-bolşevik işğalçılarından azad edilməsindən 103 il ötür

Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündən 103 il keçir.

XƏBƏRDAR xatırladır ki, 1918-ci ilin martından başlayaraq erməni-bolşevik birləşmələri azərbaycanlıların etnik təmizləməsinə başlayır.


Bu zaman Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə Azərbaycanın xilasına gəlir.

Qafqaz İslam Ordusunun say tərkibi ilə bağlı rəqəmlər müxtəlifdir. Bir çox mənbələrdə Azərbaycana gələn türk qoşun hissələrinin ümumi sayının altı min və az sonra onlara qatılmış olan azərbaycanlı qüvvələrin 10-12 min nəfər olduğu vurğulanır. Bəzi mənbələrdə Qafqaz İslam Ordusuna qoşulan azərbaycanlıların sayının dörd min, türklərin isə 10 min nəfərdən ibarət olduğu iddia edilir.

1918-ci ilin 25 mayında Gəncəyə gələn Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa Gəncədə ordunu döyüşə hazırlamağa başlayır.

Azərbaycanda bütün cəbhələrdə şiddətli döyüşlər başlayır, daşnak-bolşevik qüvvələri ard-arda məğlubiyyətlə üzləşir.

Nəhayət 103 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Azərbaycan və türk əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazırlar.

Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulur.

Sentyabrın 15-də Bakı işğalçılardan azad edildikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürülür.

Osmanlı qoşunları bu döyüşlərdə 1130 şəhid verib.

Bu şərəfli və tarixi gün heç zaman azərbaycanlıların xatirindən çıxmayacaq, bu qəhrəmanlıq və qardaşlıq dastanı Azərbaycan xalqı nəsillərdən-nəsillərə ötürəcək.

2018-ci ilin 15 sentyabrında Bakıda Azadlıq meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və paradda iştirak ediblər. Prezidentlər çıxış ediblər.

Qəhrəmanlıq dastanının məntiqi davamı 2020-ci ilin sentyabrın 27-də başlayıb noyabrın 10-da bitən Vətən müharibəsi idi. Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad etdi. Azərbaycana isə Türkiyə siyasi və mənəvi dəstək verdi.

Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əsl qardaşlıq nümunəsi göstərdilər.

Bu gün əminliklə deyə bilərik ki, istər 1918-ci ildə, istər Birinci Qarabağ Müharibəsində, istərsə də ondan sonra şəhid olanların hamısının intiqamı alınıb

Bakının erməni-bolşevik işğalçılarından azad edilməsindən 103 il ötür

  • 15-09-2021, 06:11
  • 212


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Ağdam rayon İcra Hakimyyətinin başçısı şəhidin qardaşını işdən çıxardı
  2. Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB
  3. MTN GENERALININ RÜŞVƏT ALDIĞI ŞƏXSLƏRİN ADLARI AÇIQLANDI - Siyahı
  4. Prokurorluq Gəncədəki ölüm hadisəsi ilə bağlı məlumat yayıb
  5. “Azərişıq”in əməkdaşını cərəyan vurub öldürdü
  6. İrəvanda Türkiyə bayrağı gəzdirənlər iranlı çıxdı?..- Ermənistan polisi...
  7. Araik Xocalı ərazisində sement zavodu acdı... YENİLƏNİB-FOTOLAR+VİDEO
  8. Sumqayıtda üçüncü dəfə evdən gedən gənc ana iki ay sonra Bakıda tapılıb
  9. Sabah Bakıda hava küləkli olacaq - Dağlıq rayonlara yağış yağacaq
  10. Sabunçunu daha kimlər TALAYIR... - İTTİHAM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI