İrəvanda Türkiyə bayrağı gəzdirənlər iranlı çıxdı?..- Ermənistan polisi...

İrəvanda Türkiyə bayrağı gəzdirənlər iranlı çıxdı?..- Ermənistan polisi...İranlı kimi saxlanılanların Azərbaycan türkü və ya digər millət nümayəndəsi olması haqda məlumat verilmir...

Xəbər verdiyimiz kimi, erməni bloger Mika Badalyan özünün telegram-kanalında dünən gündüz saatlarında İrəvanın mərkəzi Respublika meydanında guya türk gənclərin Türkiyə bayrağı ilə görünməsi haqda məlumat yayıb.

Moderator.az xəbər verir ki, gecə saatlarında “ArmenianReport” yayılmış informasiyalara aydınlıq(?) gətirib.


“Sentyabrın 19-da saat 18:00 radələrində İrəvanda, “Vosku Aşxar”("Qızıl aləmi") binasının yaxınlığında iki əcnəbi saxlanılıb. Əvvəlcə Yerkir.am nəşri onların azərbaycanlı və ya türk olduqları iddiasını irəli sürüb. Guya Azərbaycan və Türkiyə bayraqlarını dalğalandıran üçüncüsü gənc qaçıb.

İlkin məlumata görə, saxlanılanlar Kentron polis bölməsinə aparılıb. Hazırda onları görən vətəndaşlar ifadə vermək üçün polis bölməsinə gəlir.

Erməni polisi isə İrəvanda iki türkün saxlanıldığı barədə mətbuatda dərc olunan xəbərləri təkzib edib. Bu barədə polisin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, sentyabrın 19-da, saat 18: 07-də polisə İrəvandakı qızıl bazarlarından birində üç şübhəli şəxsin - "Azərbaycanın casusları" nın görünməsi haqda bir vətəndaşdan zəng gəlib.

Bir neçə dəqiqə sonra polis əməkdaşları göstərilən yerə gedib. Oradakı şəxslər polis bölməsinə aparılıb. Nəticədə onların İrandan gələn turist olduğu məlum olub. İzahatları alındıqdan sonra saxlanılanlar sərbəst buraxılıb” – erməni nəşrinin yaydığı məlumatda belə deyilir.

İranlı kimi saxlanılanların Azərbaycan türkü və ya digər millət nümayəndəsi olması haqda məlumat verilmir.

P.S. Ehtimal var ki, ermənilər "Overton pəncərəsi" üsulu ilə Ermənistanda Türkiyə maşınlarının, türkiyəli və azərbaycanlı gənclərin, Türkiyə və Azərbaycan bayraqlarının və s. görünməsinə "təbii hal" kimi alışdırılır... Təki belə olsun...

Sultan Laçın

İrəvanda Türkiyə bayrağı gəzdirənlər iranlı çıxdı?..- Ermənistan polisi...

  • 20-09-2021, 09:03
  • 259


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Azərbaycanda televiziya aparıcısı olan Şəbnəm Naibli Türkiyə kanalında veriliş açıb
  2. Bakı Avrasiya Universitetində tələbələrə yaradılan yeni fürsətlərdən danışılıb - FOTOLAR
  3. Bakıda 20 nömrəli məktəb-lisey koronavirusa görə bağlanıb - YENİLƏNİB
  4. Eldar Həsənov xəstəxanadan təcridxanaya qaytarılıb
  5. İRANDA TAXT-TAC DÖYÜŞLƏRİ BAŞLAYIB - Rəisinin administrasiyası islahatçıları "təmizləyiir"...
  6. Taleh Əliyev: “Nümayiş etdirdikləri birliyə görə xalqımıza minnətdarlığımı bildirirəm”
  7. Şok iddia: “Türkiyənin nüvə silahı...” - Yeni anlaşma balansı dəyişir
  8. Türkiyə hərb sənayesindən MÖHTƏŞƏM YENİLİK: SİHA-ların "gözündən" heçnə yayınmayacaq
  9. “NATO-nun qapıları Ukraynanın üzünə açıqdır” – ABŞ-ın Müdafiə naziri
  10. İctimai Birliklərin “ Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası Tarif Şurasının qərarına etiraz etdi- Mövqe
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI