FİFA prezidentinin başına dollar səpdilər (FOTO, VİDEO)

FİFA prezidentinin başına dollar səpdilər (FOTO, VİDEO)


Aktyor mətbuat konfransının ortasında iki bağlama dolları Blatterin başından töküb.

FİFA icraiyyə komitəsinin növbədənkənar iclası ilə bağlı ictimaiyyəti məlumatlandırmaq istəyən qurumun prezidenti Yosef Blatter zalda şok dəqiqələr yaşayıb.

Xeberdar.net-in məlumatına görə, ali futbol qurumunun rəhbərinə hamının gözü önündə pul təklif olunub. Hadisədən şoka düşən ali futbol qurumunun rəhbəri köməyə mühafizə xidmətini çağırıb. Blatterə etiraz edən şəxs onu rüşvətxorluqda ittiham edərək son anda əlində olan dollar dəstini FİFA prezidentinin başı üzərinə səpələyib.

Daha sonra Blatter FİFA-da çirkin işlərlə məşğul olmadıqlarını və bu hadisənin ona təxribat olaraq hazırlandığını mətbuat konfransı iştirakçılarının diqqətinə çatdıraraq zalı tərk edib.
Qalmaqalın səbəbkarını FİFA-nın təhlükəsizlik xidməti İsveçrə polisinə təhvil verib.



Araşdırmalar nəticəsində məlum olub ki, həmin şəxsin əsl adı Saymon Brodkindir. Amma xalq onu Li Nelson kimi tanıyır və o məşhur britaniyalı komikdir.
FİFA prezidentinin başına dollar səpdilər (FOTO, VİDEO)
FİFA prezidentinin başına dollar səpdilər (FOTO, VİDEO)
FİFA prezidentinin başına dollar səpdilər (FOTO, VİDEO)
FİFA prezidentinin başına dollar səpdilər (FOTO, VİDEO)

Nelson bu cür çıxışları ilə daim gündəmdədir. O ötən ilin iyun ayında futbol üzrə İngiltərə yığma komandası heyətində Braziliyada keçiriləcək dünya çempionatına yollanarkən London aeroportunda saxlanılıb. Bundan başqa o, bir il əvvəl "Mançester Siti" futbol klubunun məşq prosesinə qatılaraq gizlin şəkildə futbolçularla birgə məşq edib.

FİFA prezidentinin başına dollar səpdilər (FOTO, VİDEO)

  • 21-07-2015, 15:11
  • 976


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Azərbaycanda tələbə “WhatsApp”da status yazıb intihar etdi - FOTO
  2. Astarada qadın qonşusunun verdiyi dərmandan öldü
  3. DSX-dən İrana CAVAB
  4. Azərbaycanda hamilə qadın peyvəndə görə tələbəlikdən imtina edib
  5. Bakıda DƏHŞƏT: 6 yaşlı uşaq diri-diri YANDI
  6. Sumqayıtda hamilə arvadını öldürən şəxsə hökm oxunub
  7. Sabiq icra başçısının həbs müddəti uzadılıb
  8. Azərbaycan-Gürcüstan-Türkiyə birgə gömrük komitəsinin fəaliyyət istiqamətləri açıqlanıb
  9. Qəbələdə karantin qaydalarını pozan toy təşkilatçıları cərimələnib
  10. Tehran rejiminin Azərbaycana qarşı törətdiyi təxribatlarla əlaqədar Milli Hərəkatçılar Birliyi bəyanat yaydı
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI