Azərbaycanda koronavirus yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb

Azərbaycanda koronavirus yoluxma halları ilə bağlı yeni statistika açıqlanıbAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb.

Ölkədə virusa yoluxanların 54,3 %-i Bakının payına düşür.

Yoluxma göstəricisi Abşeronda 13,3 %, Aranda 12,1 %, Gəncə-Qazaxda 7 %, Şəki-Zaqatalada 3,6 %, Quba-Xaçmazda 2,9 %, Lənkəranda 2,5 %, Dağlıq Şirvanda 2,3 %, Yuxarı Qarabağda 1,5 %, Naxçıvan Muxtar Respublikasında 0,7 %-dir.

Ölkə xaricindən gələnlərdə yoluxma halı 0,4 % təşkil edir.

Bakıda koronavirus infeksiyasının ən geniş yayıldığı ərazilər də məlum olub.

Paytaxt üzrə ən yüksək yoluxma yenidən Binəqədi rayonunda qeydə alınıb. Bakıda aşkarlanan yoluxma faktlarının 14,6 %-i bu rayonun payına düşür.

Sonrakı yerlərdə 13,6 %-lə Xətai, 11,8 %-lə Yasamal və Sabunçu, 8,4 %-lə Suraxanı, 7,8 %-lə Nərimanov, 7,6 %-lə Nəsimi, 7,5 %-lə Xəzər, 7,1 %-lə Nizami, 4, 9 %-lə Səbail, 4,4 %-lə Qaradağ, 0,5 %-lə isə Pirallahı qərarlaşıb.

Azərbaycanda koronavirus yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb

  • 27-09-2021, 16:11
  • 420


Oxşar mövzular
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI