Saakaşvili oktyabrın 2-nə Tbilisiyə bilet aldı

625 28-09-2021, 09:00 dunya

Saakaşvili oktyabrın 2-nə Tbilisiyə bilet aldıGürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili oktyabrın 2-si tarixinə Tbilisiyə bilet alıb.

Modern.az xəbər verir ki, bu barədə o, özünün "Facebook" səhifəsində məlumat verib.

O, Kiyev-Tbilisi istiqaməti üzrə aldığı aviabiletin fotoşəklini də paylaşıb. Biletdən aydın olur ki, o, oktyabrın 2-də, yerli vaxtla saat 23:05-də anası ilə birlikdə Tbilisiyə çatacaq.

Xatırladaq ki, oktyabrın 2-də Gürcüstanda bələdiyyə seçkiləri keçiriləcək.


Xeberdar.net

XƏBƏR LENTİ