Türkiyəli ekspert: “ABŞ-ın məqsədi Rusiya ilə Türkiyəyə diz çökdürməkdir”

595 29-09-2021, 11:54 dunya

Türkiyəli ekspert: “ABŞ-ın məqsədi Rusiya ilə Türkiyəyə diz çökdürməkdir”Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya dövlət başçısı Vladimir Putinin Soçidə görüşü olacaq. İki liderin görüşündə Türkiyə-Rusiya ikitərəfli münasibətləri, xüsusilə Suriyadakı ümumi vəziyyət müzakirə ediləcək.



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatını (BMT) səfərindən qayıdarkən jurnalistlərə əhəmiyyətli açıqlama ilə yadda qaldı:

"Türkiyə-Amerika münasibətlərində sağlam bir proses olduğunu səmimi olaraq söyləyə bilmərəm. Bizə qarşı hər dəfə S-400-lə bağlı xəbərdarlıq edirlər. Bizim üçün S-400 işi bitib, geri addım ata bilmərik. İki NATO ölkəsi olaraq indiki gedişat heç də yaxşı nəticə vermir. Təəssüf ki, Amerika ilə əlaqələrimdə Baş nazir və Prezident kimi 19 illik idarəçilik həyatımda əldə etdiyimiz məqam yaxşı deyil. Buş, Obama, Trump ilə yaxşı işləmişəm, amma cənab Baydenlə yaxşı başladığımızı deyə bilmərəm". Bununla bərabər Ərdoğan, 29 sentyabr sammitindən əvvəl Rusiyaya da müsbət mesajlar göndərmişdi: “Görüşdə Suriyada bir sonrakı prosesdə nə edcəyimizi müzakirə edəcəyik. Görüş zamanı sadəcə ikimiz olacağıq, üçüncü şəxs olmayacaq. Təbii ki, bundan sonar Türkiyə-Rusiya münasibətlərində əhəmiyyətli bir qərara gələcəyik. Çünki Türkiyə və Rusiya bölgənin iki önəmli ölkəsidir. İndiyə qədər Rusiya ilə münasibətlərdə heç bir qanun pozuntusu görməmişik. Məsələn, cənab Putin Azərbaycanda dövlətçiliyini tam şəkildə nümayiş etdirməsəydi, Azərbaycandan belə çıxmazdıq. Ancaq Azərbaycandan çox müsbət bir şəkildə çıxma şansımız oldu, çünki iki ölkə doğru qərarlar verdi”. Bəs, bu gün iki ölkə liderinin görüşü necə nəticələnəcək?



Türkiyəli hərbi ekspert Abdullah Ağar Modern.az-a açıqlamasında bildirib ki, Bayden hakimiyyətə gələn kimi "Amerika geri dönür" deməsi əslində Türkiyə və Rusiyanın hədəf alınacağı demək idi:

“ABŞ -ın öz strateji məqsədlərinə çatmaq üçün əsas məqsədi Türkiyə və Rusiya kimi ölkələri diz çökdürməkdir. Bu, təbii ki, Ankara ilə Moskvanın bir araya gəlməsini özündə birləşdirir. Bayden bu siyasətin nümayəndəsi olaraq hakimiyyətə gəldi. Ancaq vurğulanmalıdır ki, ABŞ Əfqanıstandan evinə döndü. Başqa sözlə, ABŞ -ın geri dönməsindən çox, geri çəkiləcəyi bir dövrə giririk. Baydenin istəkləri ilə ABŞ -ın gücü arasındakı uçurumun artdığını da söyləmək lazımdır. Türkiyə və Rusiya gələcəkdə buna görə də daha cəsarətli addımlar ata bilər. ABŞ-ın Əfqanıstanda məğlubiyyətindən sonra Putin-Ərdoğan görüşü daha böyük əhəmiyyət kəsb edir. Çünki ABŞ -ın tənəzzül etdiyi və regional təşəbbüslərin gücləndiyi bir dövrdəyik. Bu dövrdə Türkiyə və Rusiya çox əhəmiyyətli bir rol oynayır. Təbii ki, Türkiyə ilə Rusiya arasında həll edilməsi lazım olan problemlər var, ancaq bu problemlərin tək -tək həll edilməsinin əvəzinə Türkiyə ilə Rusiyanın vahid bir strategiya çərçivəsində birgə qərar verməsi lazımdır. ABŞ -ın dünya hökmranlığına qarşı region ölkələrinin birliyi, iqtisadi rifahı və milli təhlükəsizliyi üçün ortaq bir strategiya qəbul edilməlidir. Belə bir strategiya bütün bu problemlərin həllində vacibdir. Bundan başqa Qafqazda və Qarabağda əməkdaşlıq dərinləşməlidir”.


Xeberdar.net

XƏBƏR LENTİ